Katyuşa

May ayı “Poemas del río Wang”da İkinci Dünya Müharibəsi havası ilə yoğrulmuş bir neçə yazı ilə əlamətdar oldu: müharibə uşaqları barədə “Balaca adamlar”, təslim olmuş Berlində divar yazılarından bəhs edən “Qraffiti” və iki müharibə fotosunun güzgüsündə kilsə barədə düşüncələri bölüşən “İki şəkil”. Mənim üçün uzun illər boyu may ayı 9 may 1945-ci il – Sovet İttifaqında nə az, nə çox Böyük Vətən Müharibəsi (1941-1945) adlanan bir müharibədə Nasist Almaniyasının kapitulyasiyası tarixini bayram edən, hələ də bir çox post-sovet ölkəsində dövlət bayramı kimi qeyd edilən Qələbə Günü ilə başlayırdı. Beləliklə, mənim “Poemas del río Wang”dakı bu May havasının təsiri altında növbəti yazım meydana gəldi.

“Katyuşa” Böyük Vətən Müharibəsini təcəssüm etdirən mahnılardan birdir. Əslində bu mahnı daha əvvəllər yazılmış, ilk dəfə 1938-ci ildə ifa edilmişdi. Katyuşa rus qadın adı Yekaterinanın kiçiltməsi olan Katyanın əzizləmə formasıdır. Bu nəğmə çox uzaqlarda hərbi xidmətdə olan sevgilisinə mahnı oxuyan bir qız haqqındadır.



Музыка: Матвей Блантер
Слова: Михаил Исаковский

Расцветали яблони и груши,
Поплыли туманы над рекой.
Выходила на берег Катюша,
На высокий берег на крутой.

Ой ты, песня, песенка девичья,
Ты лети за ясным солнцем вслед.
И бойцу на дальнем пограничье
От Катюши передай привет.
Musiqisi: Matvey Blanter
Sözləri: Mixail İsakovskiy

Выходила, песню заводила
Про степного, сизого орла,
Про того, которого любила,
Про того, чьи письма берегла.

Пусть он вспомнит девушку простую,
Пусть услышит, как она поет,
Пусть он землю бережет родную,
А любовь Катюша сбережет.

Matvey Blanter (1903-1990) tərəfindən bəstələnmiş mahnı cəbhədə, əslində cəbhə xəttinin hər iki tərəfində rəğbət qazanmışdı. Bu nəğməni öz səngərlərindən eşidən alman əsgərlərinin bəzən onun yenidən ifa edilməsini xahiş etdiklərini söyləyirlər. Çox sevilən italyan partizan mahnılarından biri “Fischia il Vento”nun (Külək vıyıldayır) sözləri 1943-cü ildə eyni musiqiyə yazılmışdır.



Fischia il vento e infuria la bufera,
scarpe rotte e pur bisogna andar
a cunquistare la rossa primavera
dove sorge il sol dell’avvenir.
A cunquistare la rossa primavera
dove sorge il sol dell’avvenir.


Ogni contrada è patria del ribelle,
ogni donna a lui dona un sospir,
nella notte lo guidano le stelle
forte il cuore e il braccio nel colpir.
Nella notte lo guidano le stelle
forte il cuore e il braccio nel colpir.


Se ci coglie la crudele morte,
dura vendetta farà del partigian;
ormai sicura è la dura sorte
del fascista vile traditor.
Ormai sicura è la dura sorte
del fascista vile traditor.


Cessa il vento, calma è la bufera,
torna a casa il fiero partigian,
sventolando la rossa sua bandiera;
vittoriosi e alfin liberi siam.
Sventolando la rossa sua bandiera;
vittoriosi e alfin liberi siam.
Külək vıyıldayır, tufan da qopub,
çəkmə cırıqsa də biz getməliyik,
gələcək günəşi şövqlə parlayan
qırmızı səhəri fəth etməliyik.
Gələcək günəşi şövqlə parlayan
qırmızı səhəri fəth etməliyik.

Hər diyar bu üsyankara yurd oldu,
hər qadın ah çəkdi onun halına,
gecə ona bələdçi ulduzlardır,
qəlbi sərtdir, təpər verir qoluna.
Gecə ona bələdçi ulduzlardır,
qəlbi sərtdir, təpər verir qoluna.

Bizi yaxalarsa amansız ölüm,
Partizan qisası ağır olacaq;
artıq yəqindir ki cəzanı çəkmək
mənfur faşist satqınlara qalacaq.
Artıq yəqindir ki cəzanı çəkmək
mənfur faşist satqınlara qalacaq.

Külək durur, tufan isə səngiyir,
qəhrəman partizan qayıdır evə,
qırmızı bayrağı hey dalğalanır,
zəfər çaldıq, azadıq bundan belə.
Qırmızı bayrağı hey dalğalanır,
Zəfər çaldıq, azadıq bundan belə.

“Katyuşa” bir çox dillərə tərcümə olunub və hələ də İsraildən tutmuş Çinə qədər bir çox ölkələrdə ifa edilir. Bu mahnını əzbər bilirdim və uşaq ikən Katyuşa”nı rus dilində oxuyardım, amma onu heç vaxt Azərbaycan dilində eşitməmişdim. Universitetdə riyaziyyat müəllimi olan atam hərdən şerlər yazardı və 1999-cu ildə “Katyuşa”nın özü etdiyi mənzum tərcüməsini bizə oxumuşdu. Qısaca epiqrafı var idi – “Mustafa əmimə”:

Artıq çiçəkləmiş alma-armudlar,
Çayın üzəriylə sürünür duman.
Bu dəmdə sahilə çıxır Katyuşa,
Dayandığı sahil yüksək bir yarğan.

Ey nəğmə, ey məsum qızın nəğməsi,
Günəşin ardınca uç, uç, havalan,
Uzaq sərhəddəki döyüşçüyə sən
Yetir Katyuşadan alovlu salam.
Çıxır, söyləməyə başlayır nəğmə
Haqqında çöl oğlu, cəsur qartalın,
Haqqında kimi ki sevmiş ürəkdən,
Sahibin qorunan xoş məktubların.

Qoy o xatırlasın sadə bir qızı,
Qoy eşitsin ki, o, necə oxuyur,
Qoy doğma torpağı qorusun daim,
Sevgi-məhəbbəti Katyuşa qorur.

Mustafa babanın Katyuşası

Atamın Mustafa əmisi ailədə ən kiçik, yəqin elə buna görə də ən sevimli qardaş olub. Kəndin say-seçmə gənclərindən biri, özünə hərbçi peşəsini seçib və hərbi komandir məktəbini bitirdikdən sonra Bakıda zabit kimi xidmətə başlayıb. Mustafa gələcək həyat yoldaşı Valentina Andreyevna ilə hospitalda, 1930-cu illərdə xidmət etdiyi Rusiyanın Stavropol vilayətində tanış olub. Ailəsi onun bu rus qızı ilə evlənməsinə xeyir-dua verib, tale də onları dörd uşaqla sevindirib.

Kiçik qardaşının 1940-cı illərdə çəkilmiş bu şəklini babam son gününə qədər yatağının başında saxlayardı.

1941-ci ilin iyununda Nasist Almaniyasının hücumu onları Sovet İttifaqının qərb sərhədlərində yaxalayıb. Həyat yoldaşı və uşaqları evakuasiya olunaraq Azərbaycana, doğma kəndə göndərilib. Nasist qoşunları “Blitskriq” taktikasına sadiq qalaraq əsl ildırım sürəti ilə irəliləyirdilər. Sovet Qızıl Ordusu geri çəkilirdi və 1941-ci ilin payızında qanlı döyüşlər artıq paytaxt Moskvanın həndəvərində gedirdi. 1941-ci ilin qışında uğurlu sovet əks-hücumu düşməni geri atsa da, Moskva hələ də təhlükədə idi. Mustafa iki dəfə yaralanmışdı, hospitalda olarkən evə məktub yazmaq imkanı olurdu. Axırıncı məktubu 1942-ci ilin iyulunda yazılmışdı. Xeyli müddət sonra, 1943-cü ildə Valentina ərinin son xəbərini – xalq arasında “qara kağız” adlanan ölüm haqqında bildirişini aldı. Mən uzun müddət elə bilirdim ki, bu kağızlar doğrudan da qara olub, amma elə deyilmiş:
This is to let you know that major Yusufov Mustafa Abdul(la) oglu was killed in the battles for motherland on 15 August 1942. Date: 3 August 1943
Bildiririk ki, mayor Yusufov Mustafa Abdul(la) oğlu 15 avqust 1942-ci ildə vətən uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Tarix: 3 avqust 1943-cü il

Nə mayor Yusufovun harada, necə həlak olması, nə də dəfn edildiyi yer barədə bir məlumat göstərilməyib. Sonradan onun adı rəsmi “itkin düşənlər” siyahısına da düşüb. Buna görə Mustafanın taleyi hər zaman qeyri-müəyyən olduğundan, onu sağ qalacağı barədə közərən ümidlə vaxtaşırı yada salardılar.

Beləcə “Poemas del río Wang”da may ayının barıt qoxulu havası babamın qardaşı barədə köhnə xatirələri yada saldı. Mən İnternetdə mayor Mustafa Yusufov barədə məlumat axtarmağa başladım, deyəsən elə düz vaxtında başlamışdım. Məlum oldu ki, 2008-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyi “OBD Memorial” adlı layihəsi vasitəsi ilə Böyük Vətən Müharibəsinin “qayıtmaz itkiləri” barədə sovet arxivlərini açıq şəkildə onlayn yerləşdirmişdir. Onlayn arxiv vaxtaşırı yenilənir və indi bu nəhəng verilənlər bazasında arxiv sənədlərinin 11,8 milyon rəqəmli təsviri saxlanır. Mən Alman Sənədləşmə Mərkəzinə məxsus sovet müharibə əsirlərinin onlayn verilənlər bazasında da axtarış aparmağı planlaşdırırdım.

Arxivdə axtarış aparmaq heç də həmişə asan deyil, çünki adların müxtəlif cür yazılışı, orijinal sənəd və ya elektron yazıda səhv daxil olunmuş verilənlər ola bilər. Çox keçmədən mayor Yusufov barəsində bir xeyli məlumat toplandı. Nəinki onun sonuncu xidmət yeri – 31-ci ordunun 88-ci atıcı divizionu, harada dəfn edildiyini, həm də həyat yoldaşının necə çətinlik çəkdiyi, uşaqlarından iki ən körpəsini müharibənin uğursuz illərində itirdiyini öyrəndim.

Major Yusufov Mustafa Abdul(la) oglu, commander of the detached machine gun battalion, killed on 17 August 1942, buried at 500 m North-East of Nosovo village. Date: 8 December 1944
Mayor Yusufov Mustafa Abdul(la) oğlu, əlahiddə pulemyot batalyonunun komandiri,
17 avqust 1942-ci ildə həlak olub, Nosovo kəndidən 500 m şimal-şərqdə dəfn edilib.
Tarix: 8 dekabr 1944-cü il


1942-ci ilin yazında 88-ci atıcı diviziya ikinci dəfə təşkil edilmişdi, çünki şimalda, Finlandiya sərhədləri yaxınlığında gedən ağır döyüşlərdən sonra ilkin heyətdə olan 17 min adamdan ancaq üç mini qalmışdı. Yeni təşkil olunmuş divizionunu ilk döyüşü “Rjev ətçəkəni” adı ilə məşhur Rjev döyüşlərində ikinci əməliyyat – 1942-ci ilin avqustunda keçirilən Rjev-Sıçevka hücum əməliyyatı oldu. Müharibənin bu mübahisəli epizodu KurskStalinqrad qədər məşhur olmasa da, ən azı sonuncu qədər qanlı olub.

General course of military operations in the Summer-Autumn 1942 campaign including battles of Rzhev.
Rjev döyüşləri də daxil olmaqla 1942-ci ilin yay-payız kampaniyasında hərbi əməliyyatların ümumi gedişi.

1942-ci ilin yanvar-aprelində keçirilən ilk əməliyyat faşistləri geriyə atsa da, onlar əks-hücumlar etməklə iki sovet ordu birləşməsini mühasirəyə alaraq demək olar ki tamamilə məhv edə, həmçinin Rjev şəhəri və Moskvanı hədələyən yumruğu xatırladan Rjev-Vyazma çıxıntısındakı digər strateji mövqeləri əllərində saxlaya bilmişdilər. 1942-ci ilin iyun ayında Hitler qoşunlarına cənubda iki strateji şəhər – Volqa üzərində vacib nəqliyyat qovşağı olan Stalinqrad və Xəzər dənizindəki əsas sovet neft istehsalçısı Bakı istiqamətində irəliləməyi əmr etdi. Stalin hadisələrin bu cür dönüşünü gözləmirdi və Rjev ətrafında əməliyyatlar faşistlərə qoşunları cənub istiqamətinə ötürmək imkanı verməmək üçün davam etdirildi. İyul-sentyabr aylarında sovet qoşunları yeni hücuma başladılar, lakin böyük itkilər hesabına xeyli irəliləsələr də əsas məqsədə nail ola bilmədilər – nasistlər Rjev və strateji çıxıntını əllərində saxladı. Bundan sonra noyabr-dekabrda daha bir uğursuz əməliyyat keçirildi. Sovet qoşunları Rjevə ancaq 1943-cü ilin martında daxil oldular və məlum oldu ki, düşmən demək olar ki hiss edilmədən geri çəkilib.

“Bolshevik had not time to throw his grenade”. Belarus, June 1941. Photo: Völkischer Beobachter newspaper.
“Bolşevik qranatını atmağa macal tapmadı”. Belarus, iyun 1941-ci il.
Foto: alman qəzeti “Völkischer Beobachter”.


Rəsmi verilənlərə görə sovet qoşunlarının “Rjev ətçəkənində” itkiləri milyonu aşmışdı. Onilliklər ərzində hərbi tarixçilər və generallar bu döyüşlərin üzərindən sükutla keçib, lakin bu hadisələr sağ qalmış insanların yaddaşında yaşayıb. Onlardan biri “Krasnoarmeyskaya Pravda” (“Qızıl Ordu Həqiqəti”) qəzetinin müxbiri kimi 1942-ci ilin payızında Rjevə ezam olunmuş məşhur rus sovet şairi Aleksandr Tvardovski (1910-1971) idi. Onun 1946-cı ildə yazdığı “Mən Rjev ətrafında öldürülmüşəm” şeiri Rjev torpağında yatan minlərlə naməlum sovet döyüşçüsünün hekayəsini söyləyir: :

Я убит подо Ржевом,
В безымянном болоте,
В пятой роте,
На левом,
При жестоком налете.



И во всем этом мире
До конца его дней —
Ни петлички, ни лычки
С гимнастерки моей.

Я — где корни слепые
Ищут корма во тьме;
Я — где с облаком пыли
Ходит рожь на холме.

Я — где крик петушиный
На заре по росе;
Я — где ваши машины
Воздух рвут на шоссе.

Где — травинку к травинке —
Речка травы прядет,
Там, куда на поминки
Даже мать не придет.



Летом, в сорок втором,
Я зарыт без могилы.
Всем, что было потом,
Смерть меня обделила.
Mən Rjev ətrafında öldürülmüşəm,
Adsız bir bataqlıq,
Beşinci rota,
Sol cinahda,
Qəddar hava hücumunda.



Bütün bu dünyanı axtarsaz belə
Axırıncı gününədək
Nə bir ilmə, nə bir nişan gəlməz ələ
Mənim əsgər köynəyimdən.

Mən gözləri kor köklərin
Qaranlıqda yem axtarıb yol getdiyi yerdəyəm;
Mən tozanaq buludunda
Dalğa-dalğa gəlib-gedən çovdarlı təpədəyəm.

Mən xoruzun banı ilə
Dan yerinin söküldüyü tər şehli səhərdəyəm;
Mən havanı yarıb keçən
Maşınları sürdüyünüz şose keçən yerdəyəm.

O yerdə ki, ələf-ələf
Darayaraq göy otları çay suları toxuyar,
O yerdə ki, qəbir üstə
Heç anam də gəlməz ziyarətə, nə bir dua oxuyar.



Qırx ikinci ilin bir yay çağında,
Gömüldüm qəbirsiz, dəfnsiz.
Kor ölümün fitvasıyla bundan sonra
Nə oldusa, oldu mənsiz.

Mustafa Yusufov adı da heç bir dəfn siyahısında yoxdur, nə də Nosovo adlı bir kənddə rəsmi əsgəri dəfn yeri mövcuddur. Əslində xəritələrin əksəriyyətində Rjev ətrafına baxdıqda heç belə bir yeri tapa bilməzsiniz.

Hər il yüzlərlə naməlum əsgərin qalıqlarını, bəzən hətta bataqlıqlarda qalmış bütöv tank və təyyarələri tapan çoxlu sayda könüllü axtarış qrupu var. Böyük sərkərdə, məğlubedilməz rus generalissimusu Aleksandr Suvorov (1729-1800) tərəfindən deyilmiş “müharibə sonuncu əsgər dəfn edilməyincə başa çatmayıb” sözləri onların qeyri-rəsmi şüarıdır.

Axtarış qruplarının bir neçə onlayn forumunda mayor Yusufovun dəfn olunduğu yer barədə verdiyim sorğuya çox keçmədən cavab aldım. Məlum oldu ki, Nosovo Rusiya Federasiyasının Tver vilayətindəki Poqoreloye Qorodişşe mərkəzi yaxınlığında yerləşən, əhalisi 2008-ci ildə 83 nəfər olan kiçik bir kənddir. Məhz bu yerdə 4 avqust 1942-ci il 88-ci atıcı diviziya 212-ci tank briqadası ilə birlikdə Derja çayını döyüşə-döyüşə keçmişdi.

The 88th Rifle Division of the 31st Army in Pogoreloye Gorodishe operation, 30 July-23 August 1942.
31-ci ordunun 88-ci atıcı diviziyası Poqoreloye Qorodişşe əməliyyatında,
30 iyul – 23 avqust 1942-ci il.

Lakin ən vacib məlumatı 24 may 2010-cu il Moskva Energetika İstitutundakı “Qorizont” turizm-axtarış klubunun komandir müavini Aleksey Sdvijkovdan aldım. O yazırdı ki, 2007-ci ildə klubları Zubtsov və Poqoreloye Qorodişşedən olan yerli axtarış qrupları ilə birlikdə o yerlərə səfər edib və onlar eynilə sənəddə göstərilə yerdə, Nosovodan şimal-şərqə doğru 500 metr məsafədə hərəsində təxminən 20 nəfər olan iki sanitar dəfn yeri aşkar ediblər. Qalıqlar əsgəri ehtiram və dini mərasimlə Poqoreloye Qorodişşedəki xatirə qəbiristanlığında yenidən dəfn edilib. Aleksey alicənablıq göstərərək klublarından yerli hakimiyyət orqanına mayor Mustafa Yusufovu xatirə kompleksindəki adların siyahısına əlavə etmək barədə rəsmi xahiş məktubu göndərdi. Bundan başqa o, Nosovo kəndinin sovet qoşunlarının cəbhəni yarmasının xatirəsinə qoyulmuş abidə görünən bir mənzərəsinin foto-şəklini də göndərdi. Şəkil məni mat qoydu – bu, təpənin üstündən kəndə baxan Katyuşa” idi.

Katyusha in Nosovo at the Moscow-Riga road. Photo: Aleksey Sdvizhkov
“Katyuşa” Nosovoda, Moskva-Riqa yolunun kənarında. Foto: Aleksey Sdvijkov

Katyuşalar döyüşdə

“Katyuşa” sovet əsgərlərinin yeni “BM-13” reaktiv artilleriya qurğusuna sevdikləri müharibə mahnısındakı qıza görə verdikləri ad idi. Bunun səbəbi çox yəqin ki “BM-13”ün bortunda istehsalçı Voronej Komintern Fabrikinin nişanı olan “K” hərfi imiş. Katyuşa” döyüş sınağından ilk dəfə 1941-ci ilin iyulunda keçib, 1941-ci ilin sonuna isə onun kütləvi istehsalı və istifadəsi başlayıb. Alman qoşunları da ona musiqili bir ad – “Stalinorgel”, yəni “Stalinin orqánı” adını qoyubmuşlar. Bu orqan musiqisi şübhəsiz ki matəm mahnısı olub: onca saniyədə bir Katyuşa” batareyası yaylım atəşi ilə dörd tondan artıq partladıcını beş kilometrdən də uzaqda yerləşən dörd hektardan geniş hədəf sahəsinə çatdıra bilirdi. Beləliklə, sevimli köhnə mahnının indi başqa Katyuşa”dan söhbət açan yeni bəndləri meydana gəldi:

В мраке, в тьме лесных опушек наших
Смерч несется к небу огневой –
Это наша русская «Катюша»
Немчуре поет за упокой!



Все мы знаем душечку-«Катюшу»,
Все мы слышим, как она поет,
Из врага вытряхивает душу,
А бойцам отвагу придает!
Zülmət meşələrin qaranlığında
Göylərə alovdan tufan yüksəlir –
Bu bizim rus “Katyuşa”mızdır,
Oxuyur almanın fatihəsini!



Tanıyırıq biz də “Katyuşa”-canı,
Eşidirik necə oxuduğunu,
Düşmənə toy tutub canını alır,
Əsgərin qaldırır döyüş ruhunu!

Katyusha salvo, 1941. Photo: Samariy Gurariy
“Katyuşa” yaylım atəşi, 1941. Foto: Samariy Quraniy

Loading Katyusha. The 1st Ukrainian Front, 29 June 1944. Photo: A.Shaykhet
“Katyuşa”nın doldurulması. 1-ci Ukrayna Cəbhəsi, 29 iyun 1944-cü il. Foto: A.Şayxet

Katyusha salvo. The 2nd Ukrainian Front, Budapest, 27 January 1945. Photo: A.Yegorov
“Katyuşa” yaylım atəşi. 2-ci Ukrayna Cəbhəsi, Budapeşt, 27 yanvar 1945-ci il. Foto: A.Yeqorov

Katyushas at the Parade of Victory. Moscow, 24 June 1945. Photo: F. Kislov
“Katyuşa”lar Qələbə Paradında. Moskva, 24 iyun 1945-ci il. Foto: F. Kislov

“Katyuşa” reaktiv qurğuları bütün müharibəni keçərək, gedib düz Berlinə çıxdılar, “Katyuşa” mahnısı da geridə qalmadı. Sevilən rus və sovet müğənnisi, rus xalq mahnılarının ən məşhur ifaçılarından biri Lidiya Ruslanova (1900-1973) onu tüstülənən Reyxstaqın astanasında ifa etdi.

Katyusha by Lidiya Ruslanova. Berlin, May 1945. Photo: Grigoriy Petrusov
“Katyuşa” Lidiya Ruslanovanın ifasında. Berlin, may 1945-ci il. Foto: Qriqoriy Petrusov

Расцветали яблони и груши.
По тропинкам, через лес густой
Выходила смелая Катюша
С автоматом на берег крутой.

Выходила, без пощады била
За разгром родимого села,
За того, которого любила,
За того, чьи письма берегла.
Çiçəkləyir yenə alma-armud.
Sıx meşədən keçən cığırla
Cəsarətli Katyuşa gəlib çıxır
Dik sahilə əldə avtomat.

Çıxır, amansızca o döyüşür
Doğma kəndin məhvinə görə
O kəsə görə ki, onu sevirdi,
Qoruyurdu məktublarını.

Cəbhədə yaranan bu bəndlər isə tamam başqa Katyuşa, müharibə vaxtı Qızıl Orduda xidmət edən 800 min qadından biri barəsində söhbət açır.

Be a hero! 1941 V. Koretskiy
Qəhrəman ol! 1941 V. Koretskiy
Fascism - bitterest enemy of women. Everybody to the fight with fascism! 1941 N. Vitolina
Faşizm qadınların ən qəddar düşmənidir.
Hamı faşizmlə mübarizəyə!
1941 N. Vitolina

Join the ranks of frontline comrades, volunteer is helper and friend of soldiers! 1941. V. Koretskiy, V. Gitsevich
Cəbhə yoldaşları sıralarına yazıl, drujinaçı döyüşçünün köməkçi və dostudur!
1941. V. Koretskiy, V. Qitseviç

Red Cross volunteers! We will not leave on a battleground nor a wounded, neither his weapon. 1942 V. Koretskiy
Qırmızı Xaç drujinaçıları! Döyüş meydanında nə yaralı, nə də onun silahını qoymayaq!
1942 V. Koretskiy

We will substitute you! 1941 V. Serov
Sizi əvəz edərik! 1941 V. Serov
Our aim is same - Berlin. 1945. V. Koretskiy
Hədəfimiz eynidir – Berlin. 1945. V. Koretskiy

Qadınlar ancaq tibb bacısı və ya yol tənzimçisi kimi köməkçi vəzifələrdə qulluq etmirdi, o zaman snayper, pulemyotçu, tankçı və hətta pilot qadınlar var idi.


Züleyxa Seyidməmmədova (1919-1999). Foto: RIA “Novosti”
Onlarda biri Azərbaycanın ilk qadın pilotu Züleyxa Seyidməmmədova olub. O, 1942-ci ildə təşkil edilmiş üç sovet qadın aviasiya alayından biri olan 586-cı qırıcı hava alayı ilə bütün müharibəni keçib, alayın şturmanı kimi başlayıb komandir müavini kimi başa vurub.

Qadınların döyüşlərə belə geniş miqyasda cəlb edilməsi almanlar üçün görünməmiş və mərəkəli hadisə idi. Qəribədir ki, müharibənin ilk illəri nasist təbliğatı bunu sovet rejiminin qeyri-insani olmasının sübutu kimi istifadə edirdi, lakin öz axırları yaxınlaşanda hətta uşaqları döyüşə göndərməkdən çəkinmirdilər.

İkinci Dünya Müharibəsi bəşəriyyət tarixində ən qəddar və qanlı müharibədir. İnsan vəhşiliyinin hüdudlarını aşan bu müharibədə həm də yeni qəhrəmanlıq və fədakarlıq zirvələri yüksəldi. “Katyuşa”nın hekayəsində də bu cür ikilik var – o, sadiq məhəbbət və amansız ədavət hekayəsidir.

Anti-aircraft gunner girls taking military oath (http://waralbum.ru/867/)
Zenitçi qızlar hərbi and içərkən
Pilot Mamayeva-Bezmenova before an operational flight, August 1943 (http://waralbum.ru/1234/)
Pilot Mamayeva-Bezmenova döyüş uçuşundan əvvəl, avqust 1943-cü il

Machine gunner Zina Kozlova, 30 June 1942. Photo: Mikhail Savin (http://waralbum.ru/2698/)
Pulemyotçu Zina Kozlova, 30 iyun 1942-ci il. Foto: Mixail Savin

Sniper girl. Baltic front, 1944. Photo: S. Baranov/RIA "Novosti" (http://waralbum.ru/745/)
Snayper qız. Baltik Cəbhəsi, 1944-cü il. Foto: S. Baranov/RIA "Novosti"

"Sanitary instructor" - a frontline nurse, June 1942 (http://waralbum.ru/15255/)
“Sanitar təlimçi” – cəbhə xəttində tibb bacısı,
iyun 1942-ci il
Sleeping "san.instructor". Photo: David Trakhtenberg (http://waralbum.ru/8786/)
Yatmış “sanitar təlimçi”.
Foto: David Traxtenberq

Mariya Shalneva (Nenakhova) regulates the traffic. Berlin, 2 May 1945. Photo: Yevgeniy Khaldey (http://waralbum.ru/5338/)
Mariya Şalneva (Nenaxova) nəqliyyatın hərəkətini idarə edir. Berlin, 2 may 1945-ci il.
Foto: Yevgeniy Xaldey

Victory! Sniper girls, 1945. Photo: Natalya Bode (http://waralbum.ru/1283/)
Qələbə! Snayper qızlar, 1945-ci il. Foto: Natalya Bode

Təşəkkürlər

Foto-şəkillərin əksəriyyəti İkinci Dünya Müharibəsi təsvirlərinin War Album (Müharibə albomu) rəqəmli arxivindən götürülmüşdür. Müharibə dövrünün plakatlarını My-USSR.ru (Mənim SSRİm), Krasnoye Znamya (Qırmızı bayraq), 1941-1945Doğma plakatların elektron muzeyində tapa bilərsiniz.

Digər maraqlı keçidlər

Фронтовые судьбы песен. «Катюша» (Mahnıların cəbhə taleyi. “Katyuşa”) – bu mahnı və onun müxtəlif versiyaları barədə maraqlı əhvalatların toplusu (musiqi notları daxil olmaqla): http://www.a-pesni.golosa.info/ww2/oficial/katjucha.htm

Ржев: Неизвестная битва Георгия Жукова (Rjev: Qeorqi Jukovun naməlum döyüşü) – rejissor Sergey Nurmamed tərəfindən 2009-cu ildə çəkilmiş, Aleksey PivovarovKonstantin Qoldentsvayqın səsləndirdiyi bu sənədli film Rusiyada çoxlu mübahisələrə səbəb olmuşdu: http://www.youtube.com/watch?v=Lv_8AbQJyuk

Rjev ətrafında əsgəri dəfn yerlərinin axtarışı – yerli “Oryol” (Qartal) hərbi-tarixi mərkəzinin hazırladığı qısa video-film: http://www.youtube.com/watch#!v=mskUclqiUQ4

VESTI Moskva 23 sentyabr 2007-ci il Moskva ətrafında axtarış işləri barəsində tele-xəbər reportajı: http://www.vesti-moscow.ru/videos.html?id=9430

Женское лицо войны. Катюша (Müharibənin qadın sifəti. Katyuşa) – rejissor Aleksey Kitaytsevin 2008-ci ildə Svetlana Aleksiyeviçin kitabı əsasında çəkdiyi rus sənədli filmi: http://rutube.ru/tracks/1895638.html

Женя, Женечка и 'Катюша' (Jenya, Jeneçka və 'Katyuşa') – rejissor Vladimir Motılın 1967-ci ildə çəkdiyi, ssenarisini isə Bulat Okujava ilə birlikdə yazdığı sevilən rus sovet filmi (ingiliscə alt-yazıları ilə) öz Katyuşa reaktiv divizionu ilə müharibənin od-alovundan keçən romantik gənc oğlanın (Jenya) hekayəsini söyləyir: http://www.youtube.com/watch#!v=BsvveaPoUlk