Azərbaycan, Odlar Yurdundan öz bölgəsinin tarix və mədəniyyət xəzinələrinin qapısını üzümüzə açan dostumuz Arazı “Poemas del río Wang”ın həmmüəllifi kimi salamlamaq bizim üçün böyük məmnuniyyət mənbəyi və şərəfdir.
Bu yaxınlarda “Poemas del río Wang”da Qacarlar sülaləsinin son şahı – İran hökmdarı Əhməd Şah barəsində “Kiçik şahzadə” başlıqlı yazı ətrafında maraqlı müzakirə getmişdi. Gənc şahzadə və şah ailəsi üzvlərinin təsvir olunduğu köhnə foto, açıqca və poçt markalarından ibarət gözəl seçmə illüstrasiyalar karikaturalarsız natamam olardı.
Satirik “Molla Nəsrəddin” jurnalının ilk buraxılışlarından birinin üz qabığındakı bu karikatura şahzadəni صراط sirat – cəhənnəm alovlarının üstündən Ədəm bağlarına, cənnətə aparan qıl körpü üzərindən keçərkən təsvir edir. Burada مرثیهخوان mərsiyyəxanlar onu aşağı çəkməyə çalışarkən, معلم müəllim cənnətdən əlini uzadır.
“Molla Nəsrəddin”in əsası 20-ci əsrin əvvəlləri yaşamış Azərbaycan ziyalılarının parlaq nümayəndəsi, məşhur yazıçı Cəlil Məmmədquluzadə (1866-1932) tərəfindən 1906-cı ildə qoyulmuşdur. Naxçıvanda anadan olmuş Mirzə Cəlil (xalq arasında onu hörmətlə belə çağırırdılar) cəmiyyətin maariflənməsi uğrunda gedən mübarizənin ön sırasında idi. Şahzadə Əhmədin İranı təmsil etdiyi bu karikatura Azərbaycandakı bir çox mütərəqqi insanın İran, həmçinin ətrafdakı digər bir çox millətlər üçün xilas yolunun çürümüş sxolastik ənənələr və “mərsiyyə deməyə” qarşı çıxan müasir təhsil, mədəniyyət və ədəbiyyatda olduğuna inamını təsvir edir.
Jurnal Balkan yarımadasından Çinə kimi bir çox xalqın yumoristik folklorunda yer alan populyar bir personajın adı ilə adlandırılıb. Yunanların Anastratin, türklərin Nasrettin Hoca və uyqurların Nasurdin Əfəndi adlandırdığı bu müdrik insanı Azərbaycanda Molla Nəsrəddin kimi tanıyırlar *. Bu iti zəkalı personajın özü kimi jurnal da geniş coğrafiyada poplyarlıq qazanıb. Onun Azərbaycan, İran və Türkiyə daxil olmaqla bir çox ölkədə satirik nəşrlər və karikatura sənəti ənənəsinin başlanğıcını qoyduğu hesab edilir.
“Molla Nəsrəddin”in ilk nömrəsi 7 aprel 1906-cı ildə, Tiflisdə (Tbilisi, Gürcüstan) çap olunmuşdur və Qafqazın bu möhtəşəm mədəni mərkəzinin özü kimi o da yüksək zəkalı və həqiqətən beynəlmiləl bir heyətin birgə işinin məhsulu idi. Jurnalın tarixi yolunun Tiflis dövrü (1906-1917) ərzində karikaturalar əsasən Sankt-Peterburq və Münxen məktəblərinin iki nümayəndəsi, Oskar Şmerlinq (1863-1938) və Yozef Rotter tərəfindən çəkilib. Tiflisdə anadan olmuş Şmerlinq bu gün Gürcüstandakı məşhur Tbilisi Dövlət İncəsənət Akademiyasının müəyyən mənada sələfi olmuş rəssamlıq məktəbinin banisidir.
Digər “Molla Nəsrəddin”çi, karikaturaçı rəssam, Bakılı Əzim Əzimzadə (1880-1943) azərbaycan satirik qrafika sənətinin banisi hesab olunur, iyirmi ildən artıq dərs dediyi Bakı Rəssamlıq Məktəbi isə onun adını daşıyır. Sosial problemləri hədəf alan kəskin satirası ilə tanınmış şair Mirzə Ələkbər Sabir (1862-1911) kimi onu da çox vaxt azərbaycan rəssamlığının Sabiri adlandırırlar. Əslində, bir çox karikaturalar Sabirin “Molla Nəsrəddin”də çap edilən şeirlərinə illüstrasiyadır. Elə ilk nömrənin üz qabığı onun növbəti misralarla başlayan satirik şeirini çox gözəl təsvir edir:
Mövcud olduğu 25 il ərzində öz 748 buraxılışı vasitəsi ilə “Molla Nəsrəddin” təcili həllini tələb edən hər cür müxtəlif poblemlərə toxunmuşdur, lakin təhsil və müasirləşmə həmişə onun üçün birincilik kəsb etmişdir.
Qatarın üzərindəki yazı “üsuli-cədid”, yəni yeni üsul, təhsildə yeni metodlar deməkdir. Onun yolunu kəsən iki nəfərin üstündə “köhnə üsul, köhnə elm, köhnə adət” yazıları var. Başlıq isə “Qoymarıq qabağa gedəsən” deyir.
Maarifçilik uğrunda mübarizə o zaman Rus İmperiyasının bir hissəsi olan Şimali Azərbaycanın * hüdudlarından kənara çıxıb, Rusiyanın digər türk xalqlarını da əhatə edirdi.
Xəstənin üstündəki yazı “Buxarayi-Şərif” Orta Asiyadakı Buxara Əmirliyini (1785-1920) nəzərdə tutur. Həkimin üstündəki yazı böyük ehtimalla “firəng həkimi” - Qərbli həkim kimi oxunur, dərmanın yazısı isə “ancaq zəmanə maarifi” deyir. Lap aşağıda həkim və Buxara Əmiri arasında belə bir dialoq verilir:
Əmir: Həkim, xəstəliyi nədir? Həkim: Biçarənin beyni çoxdan qurdlanıb, tez əlac lazım, yoxsa çox sürməz həlak olar. Əmir: Əlacı? Həkim: Bu şüşədəki dərmanla təmizlənməli. Əmir: Vüzəra (nazirlər) və üləma (din alimləri) ilə gərək məsləhət edim.
Bu karikaturada məşhur Krım-tatar ziyalsı, pedaqoqu, naşiri və siyasi xadimi İsmail Qaspıralı (Qasprinski) (1851-1914) əlində “Tərcüman” qəzeti və “Xoca-i-sübyan” - “Uşaqların müəllimi” dərsliyi ilə təsvir olunub. Onu hədələyən iki kişi isə tatar və azərbaycanlı din xadiminə oxşayır. Əllərində tutduqları kağızların üzərində yazılmış “Üsuli-cədidə xilaf şəriətdir” və “Təkfir” onu kafir, dinsiz elan edir.
Bu maarifçilik hərəkatı Rus İmperiya hökumətini də qıcıqlandırırdı.
Bu karikaturanın başlığı “Qrimda (Krımda) Rüşdiyyə məktəbində”dir. Dərs vəsaitlərini müsadirə edən direktor deyir: “Hər nə istəyirsən oxuda bilərsən, məsələn Tarix-i-müqəddəs, amma fənn (təbiət elmləri) oxutmağa ixityarın yoxdur”.
Demək olar eyni məsələ Şimali Azərbaycanı təsvir edən iki başqa karikaturanın mövzusudur. Birincisinin başlığında “Bax, buna nə demişəm, buna heç sözüm yoxdur. Bərəkallah” yazılıb. İkincisində isə əsgərlər partları məktəbdən çıxardır: “Sizə belə ‘uşqulalar’ (yeni məktəblər) yaramaz. Tez dağıdın”.
Rus İmperiyası, həmçinin dünyadakı siyasi və ictimai məsələlər tez-tez bir çox tanınmış simanı təsvir edən “Molla Nəsrəddin” karikaturalarının mövzusu olub.
Bu karikatura arxada qafqazlıların bir-biri ilə dava eləməsi fonunda məşhur rus ziyalısı, naşiri və ictimai xadimi, rus millətçiliyinin ideoloqlarından bir olmuş Mixail Menşikovu (1859-1918) başına “Novoye Vremya” – “Yeni dövran” qəzetini ləçək kimi bağlamış ağlayan kəndli rus qadını kimi təsvir edir: “Ay haray!… Qafqaz əldən getdi!…”
Qırğız ailəsi təsvir olunan bu karikaturanın rus dilində başlığı “Mühacir məsələsi”dir. Məmur deyir: “Durun buradan köçün: bizim ‘xoxol’lara yer lazımdır”. Arxa fonda yaxınlaşan adamlara aid yazıda isə “rus mühacirlər” yazılıb.
Bu karikaturadakı ağ saqqalı cənabı şübhəsiz tanıdınız. Bu, “qraf Tolstoy”, dünya şöhrətli rus yazıçısı qraf Lev Tolstoydur (1828-1910). Arxada görünən iki “dindar” azərbaycanlıdan biri o birisinə deyir: “Məşədi Pirverdi! Bu urusun saqqalı qırmızı olsaydı, ağıllı başlı adamdı, ha!” Yəqin bu karikatura çox da bilinməyən bir fakta işarədir ki, Tolstoy İslamla da maraqlanmış, İslam dininə aid bəzi kitabları oxumuş və hətta Məhəmməd peyğəmbərin seçilmiş kəlamlarından ibarət bir kitab da nəşr etdirmişdi.
Bu karikaturada Osmanlı Almaniya və Avstriyaya dəmiryol qonaqlığı verir. Qazanın üzərində Osmanlı məmləkəti yazılıb. Osmanlı arxada gözləyən İtaliya, Bolqarıstan və Serbiyaya deyir: “Hələ səbr edin: sizə də verəcəyəm...”
Bir çox karikaturalar həm də ailədaxili zorakılıqdan tutmuş qadınların ictimai həyatda sosail və siyasi iştirakına qədər Azərbaycan cəmiyyətində mövcud olan müxtəlif ənənə və mənfilikləri tənqid edirdi.
Rus dilində başlığı “Svobodnaya lyubov” – “Azad sevgi” olan bu karikaturanın mövzusu məcburi nikahdır. Bir şeyi qeyd etmək vacibdir ki, o zaman Azərbaycanda istifadə edilən ərəb yazısı kimi şəkillər də sağdan sola oxunmalıdır. Beləliklə sağdakı birinci şəkildə deyilir: “Öz xoşuna gəlməzsən, zorla apararam”. Növbəti şəkildə isə axun - ruhani deyir: “A qız, səsin ki çıxmır, görünür razısan. Allahın əmri ilə səni bu oğlana nikah elədim”.
Yoldan keçən yaşlı qadın və bir cənab arasında belə bir dialoq baş verir: – “Balam! Niyə ‘musurman’ qızlarını evdə qoyub ‘urus’ qızı saxlayırsan?” – “Xala! Bəs necə eləyək, ‘musurman’ qızı almağa lap əskiyi min manat pul lazımdır, o pulu yığana kimi mənimki mənə dəyər”.
Bu karikaturanın başlığında “Müsəlman intelligenti və xanımı” yazılıb. Şəklin biri “Parisdə”, digəri isə “Qafqazda öz kəndində”dir. Zənn edirəm hansının hansı olduğunu asanca təxmin edə bilərsiniz.
“Molla Nəsrəddin” 20-ci əsrin əvvəlləri özündən sonra Azərbaycanda bir çox görkəmli nailiyyətlər qoymuş maarifçilik hərəkatının flaqmanı olmuşdur: 1901 - müsəlman qızlar üçün ilk dünyəvi məktəb; 1908 - klassik Avropa musiqisi ilə milli musiqi ənənəsini birləşdirən Şərqdə ilk opera; və nəhayət 1918 - Azərbaycan Demokratik Respublikası, qadınlara seçmək və seçilmək hüququnu Birləmiş Ştatlar (1920) və Fransa (1944) kimi müasir demokratiyalardan daha əvvəl vermiş müsəlman Şərqinin ilk parlament respublikası. Bolşevik Rusiyasının 1920-ci il işğalına qədər iki ildən də az bir müddət mövcud olmasına baxmayaraq, onun bəhrələrindən gələcək bir çox nəsillər fayda görmüşdür.
Bu yaxınlarda “Poemas del río Wang”da Qacarlar sülaləsinin son şahı – İran hökmdarı Əhməd Şah barəsində “Kiçik şahzadə” başlıqlı yazı ətrafında maraqlı müzakirə getmişdi. Gənc şahzadə və şah ailəsi üzvlərinin təsvir olunduğu köhnə foto, açıqca və poçt markalarından ibarət gözəl seçmə illüstrasiyalar karikaturalarsız natamam olardı.
Satirik “Molla Nəsrəddin” jurnalının ilk buraxılışlarından birinin üz qabığındakı bu karikatura şahzadəni صراط sirat – cəhənnəm alovlarının üstündən Ədəm bağlarına, cənnətə aparan qıl körpü üzərindən keçərkən təsvir edir. Burada مرثیهخوان mərsiyyəxanlar onu aşağı çəkməyə çalışarkən, معلم müəllim cənnətdən əlini uzadır.
Cəlil Məmmədquluzadənin məşhur azərbaycan sovet rəssamı Nəcəfqulu İsmayılov (1923-1990) tərəfindən çəkilmiş portreti |
Jurnal Balkan yarımadasından Çinə kimi bir çox xalqın yumoristik folklorunda yer alan populyar bir personajın adı ilə adlandırılıb. Yunanların Anastratin, türklərin Nasrettin Hoca və uyqurların Nasurdin Əfəndi adlandırdığı bu müdrik insanı Azərbaycanda Molla Nəsrəddin kimi tanıyırlar *. Bu iti zəkalı personajın özü kimi jurnal da geniş coğrafiyada poplyarlıq qazanıb. Onun Azərbaycan, İran və Türkiyə daxil olmaqla bir çox ölkədə satirik nəşrlər və karikatura sənəti ənənəsinin başlanğıcını qoyduğu hesab edilir.
“Molla Nəsrəddin”in ilk nömrəsi 7 aprel 1906-cı ildə, Tiflisdə (Tbilisi, Gürcüstan) çap olunmuşdur və Qafqazın bu möhtəşəm mədəni mərkəzinin özü kimi o da yüksək zəkalı və həqiqətən beynəlmiləl bir heyətin birgə işinin məhsulu idi. Jurnalın tarixi yolunun Tiflis dövrü (1906-1917) ərzində karikaturalar əsasən Sankt-Peterburq və Münxen məktəblərinin iki nümayəndəsi, Oskar Şmerlinq (1863-1938) və Yozef Rotter tərəfindən çəkilib. Tiflisdə anadan olmuş Şmerlinq bu gün Gürcüstandakı məşhur Tbilisi Dövlət İncəsənət Akademiyasının müəyyən mənada sələfi olmuş rəssamlıq məktəbinin banisidir.
Digər “Molla Nəsrəddin”çi, karikaturaçı rəssam, Bakılı Əzim Əzimzadə (1880-1943) azərbaycan satirik qrafika sənətinin banisi hesab olunur, iyirmi ildən artıq dərs dediyi Bakı Rəssamlıq Məktəbi isə onun adını daşıyır. Sosial problemləri hədəf alan kəskin satirası ilə tanınmış şair Mirzə Ələkbər Sabir (1862-1911) kimi onu da çox vaxt azərbaycan rəssamlığının Sabiri adlandırırlar. Əslində, bir çox karikaturalar Sabirin “Molla Nəsrəddin”də çap edilən şeirlərinə illüstrasiyadır. Elə ilk nömrənin üz qabığı onun növbəti misralarla başlayan satirik şeirini çox gözəl təsvir edir:
“Molla Nəsrəddin”in ilk nömrəsinin üz qabığı
Tərpənmə amandır bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Mövcud olduğu 25 il ərzində öz 748 buraxılışı vasitəsi ilə “Molla Nəsrəddin” təcili həllini tələb edən hər cür müxtəlif poblemlərə toxunmuşdur, lakin təhsil və müasirləşmə həmişə onun üçün birincilik kəsb etmişdir.
Qatarın üzərindəki yazı “üsuli-cədid”, yəni yeni üsul, təhsildə yeni metodlar deməkdir. Onun yolunu kəsən iki nəfərin üstündə “köhnə üsul, köhnə elm, köhnə adət” yazıları var. Başlıq isə “Qoymarıq qabağa gedəsən” deyir.
Maarifçilik uğrunda mübarizə o zaman Rus İmperiyasının bir hissəsi olan Şimali Azərbaycanın * hüdudlarından kənara çıxıb, Rusiyanın digər türk xalqlarını da əhatə edirdi.
Xəstənin üstündəki yazı “Buxarayi-Şərif” Orta Asiyadakı Buxara Əmirliyini (1785-1920) nəzərdə tutur. Həkimin üstündəki yazı böyük ehtimalla “firəng həkimi” - Qərbli həkim kimi oxunur, dərmanın yazısı isə “ancaq zəmanə maarifi” deyir. Lap aşağıda həkim və Buxara Əmiri arasında belə bir dialoq verilir:
Əmir: Həkim, xəstəliyi nədir? Həkim: Biçarənin beyni çoxdan qurdlanıb, tez əlac lazım, yoxsa çox sürməz həlak olar. Əmir: Əlacı? Həkim: Bu şüşədəki dərmanla təmizlənməli. Əmir: Vüzəra (nazirlər) və üləma (din alimləri) ilə gərək məsləhət edim.
Bu karikaturada məşhur Krım-tatar ziyalsı, pedaqoqu, naşiri və siyasi xadimi İsmail Qaspıralı (Qasprinski) (1851-1914) əlində “Tərcüman” qəzeti və “Xoca-i-sübyan” - “Uşaqların müəllimi” dərsliyi ilə təsvir olunub. Onu hədələyən iki kişi isə tatar və azərbaycanlı din xadiminə oxşayır. Əllərində tutduqları kağızların üzərində yazılmış “Üsuli-cədidə xilaf şəriətdir” və “Təkfir” onu kafir, dinsiz elan edir.
Bu maarifçilik hərəkatı Rus İmperiya hökumətini də qıcıqlandırırdı.
Bu karikaturanın başlığı “Qrimda (Krımda) Rüşdiyyə məktəbində”dir. Dərs vəsaitlərini müsadirə edən direktor deyir: “Hər nə istəyirsən oxuda bilərsən, məsələn Tarix-i-müqəddəs, amma fənn (təbiət elmləri) oxutmağa ixityarın yoxdur”.
Demək olar eyni məsələ Şimali Azərbaycanı təsvir edən iki başqa karikaturanın mövzusudur. Birincisinin başlığında “Bax, buna nə demişəm, buna heç sözüm yoxdur. Bərəkallah” yazılıb. İkincisində isə əsgərlər partları məktəbdən çıxardır: “Sizə belə ‘uşqulalar’ (yeni məktəblər) yaramaz. Tez dağıdın”.
Rus İmperiyası, həmçinin dünyadakı siyasi və ictimai məsələlər tez-tez bir çox tanınmış simanı təsvir edən “Molla Nəsrəddin” karikaturalarının mövzusu olub.
Bu karikatura arxada qafqazlıların bir-biri ilə dava eləməsi fonunda məşhur rus ziyalısı, naşiri və ictimai xadimi, rus millətçiliyinin ideoloqlarından bir olmuş Mixail Menşikovu (1859-1918) başına “Novoye Vremya” – “Yeni dövran” qəzetini ləçək kimi bağlamış ağlayan kəndli rus qadını kimi təsvir edir: “Ay haray!… Qafqaz əldən getdi!…”
Qırğız ailəsi təsvir olunan bu karikaturanın rus dilində başlığı “Mühacir məsələsi”dir. Məmur deyir: “Durun buradan köçün: bizim ‘xoxol’lara yer lazımdır”. Arxa fonda yaxınlaşan adamlara aid yazıda isə “rus mühacirlər” yazılıb.
Bu karikaturadakı ağ saqqalı cənabı şübhəsiz tanıdınız. Bu, “qraf Tolstoy”, dünya şöhrətli rus yazıçısı qraf Lev Tolstoydur (1828-1910). Arxada görünən iki “dindar” azərbaycanlıdan biri o birisinə deyir: “Məşədi Pirverdi! Bu urusun saqqalı qırmızı olsaydı, ağıllı başlı adamdı, ha!” Yəqin bu karikatura çox da bilinməyən bir fakta işarədir ki, Tolstoy İslamla da maraqlanmış, İslam dininə aid bəzi kitabları oxumuş və hətta Məhəmməd peyğəmbərin seçilmiş kəlamlarından ibarət bir kitab da nəşr etdirmişdi.
Bu karikaturada Osmanlı Almaniya və Avstriyaya dəmiryol qonaqlığı verir. Qazanın üzərində Osmanlı məmləkəti yazılıb. Osmanlı arxada gözləyən İtaliya, Bolqarıstan və Serbiyaya deyir: “Hələ səbr edin: sizə də verəcəyəm...”
Bir çox karikaturalar həm də ailədaxili zorakılıqdan tutmuş qadınların ictimai həyatda sosail və siyasi iştirakına qədər Azərbaycan cəmiyyətində mövcud olan müxtəlif ənənə və mənfilikləri tənqid edirdi.
Rus dilində başlığı “Svobodnaya lyubov” – “Azad sevgi” olan bu karikaturanın mövzusu məcburi nikahdır. Bir şeyi qeyd etmək vacibdir ki, o zaman Azərbaycanda istifadə edilən ərəb yazısı kimi şəkillər də sağdan sola oxunmalıdır. Beləliklə sağdakı birinci şəkildə deyilir: “Öz xoşuna gəlməzsən, zorla apararam”. Növbəti şəkildə isə axun - ruhani deyir: “A qız, səsin ki çıxmır, görünür razısan. Allahın əmri ilə səni bu oğlana nikah elədim”.
Yoldan keçən yaşlı qadın və bir cənab arasında belə bir dialoq baş verir: – “Balam! Niyə ‘musurman’ qızlarını evdə qoyub ‘urus’ qızı saxlayırsan?” – “Xala! Bəs necə eləyək, ‘musurman’ qızı almağa lap əskiyi min manat pul lazımdır, o pulu yığana kimi mənimki mənə dəyər”.
Bu karikaturanın başlığında “Müsəlman intelligenti və xanımı” yazılıb. Şəklin biri “Parisdə”, digəri isə “Qafqazda öz kəndində”dir. Zənn edirəm hansının hansı olduğunu asanca təxmin edə bilərsiniz.
“Molla Nəsrəddin” 20-ci əsrin əvvəlləri özündən sonra Azərbaycanda bir çox görkəmli nailiyyətlər qoymuş maarifçilik hərəkatının flaqmanı olmuşdur: 1901 - müsəlman qızlar üçün ilk dünyəvi məktəb; 1908 - klassik Avropa musiqisi ilə milli musiqi ənənəsini birləşdirən Şərqdə ilk opera; və nəhayət 1918 - Azərbaycan Demokratik Respublikası, qadınlara seçmək və seçilmək hüququnu Birləmiş Ştatlar (1920) və Fransa (1944) kimi müasir demokratiyalardan daha əvvəl vermiş müsəlman Şərqinin ilk parlament respublikası. Bolşevik Rusiyasının 1920-ci il işğalına qədər iki ildən də az bir müddət mövcud olmasına baxmayaraq, onun bəhrələrindən gələcək bir çox nəsillər fayda görmüşdür.
Təşəkkürlər
Bu yazı “Studiolum”lu Tamáş Şayó və onun “Poemas del río Wang”dakı yazılarından ilham almışdır. Skanlanmış karikatura təsvirlərinin çoxunu Mohamad Tavakolinin “flickr” səhifəsində tapa bilərsiniz. Bir neçə şəkil San Dieqodakı “Helix Art Center”in veb-saytından götürülmüşdür.
Digər maraqlı keçidlər
• Üzərində Oskar Şmerlinqin çəkdiyi şəkillər təsvir olunmuş bir əsrlik köhnə gürcü açıqcaları: http://kollekcia-art.ru/oskar_shmerling._29_otkritok..html#morepictures
• “Baku’s Art School Named After Self-Taught Artist” (“Bakı Rəssamlıq Məktəbinin adını daşıdığı sənəti özbaşına örənmiş rəssam”) – Əzim Əzimzadə barəsində məqalə: http://azer.com/aiweb/categories/magazine/72_folder/72-articles/72_azimzade.html
• Dr Altay Göyüşov bu yaxınlarda rusca yazdığı “Еще раз об истории формирования секуляристских тенденций в Азербайджанском обществе” (“Bir daha Azərbaycan cəmiyyətində dünyəvi meyllərin formalaşması tarixi barəsində”) məqaləsində eyni tarixi dövrü təsvir edir: http://www.chechen.org/page,14,393-zhurnal-chast.html
• Dr Bayram Hacızadə rusca “Вклад художников различных национальностей в историю азербайджанской карикатуры” məqaləsində müxtəlif millətlərdən olan rəssamların azərbaycan karikatura sənətinə verdiyi töfhə barədə yazır: http://cartoonia.net/index.php?option=com_content&task=view&id=589&Itemid=1
1 comentario:
This post has been quoted on the Iranian-Azerbaijanian Molla Nəsrəddin blog.
Publicar un comentario