Switch over to our new blog! • ¡Pásese a nuestro nuevo blog!

The renewed version of our blog, with more features, a richer design, and available in nine languages, can be read here: https://wangriver.com

The new version also includes the old posts, often in expanded form. If you are curious about the updated version of this post, replace “riowang.blogspot.com/” in the URL with “riowang.studiolum.com/”, and the new link will most likely lead you there.


La versión renovada de nuestro blog, con más herramientas, un diseño más rico y disponible en nueve idiomas, se puede leer aquí: https://riowang.com

La nueva versión también incluye las publicaciones antiguas, a menudo en una forma ampliada. Si tiene curiosidad por la versión actualizada de esta entrada, sustituya «riowang.blogspot.com/» en la URL por «riowang.studiolum.com/es/», y el nuevo enlace probablemente le llevará allí.

Novruzun qayıdışı

Bir il əvvəl Əfqanıstan, Azərbaycan, İran, Qazaxstan, Qığızstan, Tacikistan, Türkiyə və Türkmənistanın irəli sürdüyü və sonradan Albaniya, Hindistan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın qoşulduğu bir qətnamə ilə Birləşmiş Millətlər Təşkilatı 21 martı Beynəlxalq Novruz Günü elan etdi. Qədim fars dilində “yeni işıq” demək olan Novruz gecə-gündüzün bərabərliyi günündə qeyd edilən bahar və oyanış bayramıdır ki, əsasən Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə yaşayan 300 milyondan çox insanı əhatə edir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən əldə edəndən bəri Novruz burada rəsmi bayram kimi dövlət səviyyəsində qeyd olunur. Lakin uzun müddət sovet hakimiyyəti dövründə onu açıq bayram etmək qadağan olunmuşdu, buna görə də hər il insanlar onu ancaq öz ailələrində qeyd edərdilər… bircə istisna ilə.

Sovet Azərbaycanı” kino-jurnalının növbəti nadir videosu 1967-ci ildə rəsmi Novruz şənliklərini göstərir. Mən bu barədə 1980-ci illər məktəbdə, iyirmi il əvvəl rəsmən çap olunmuş Novruz açıqcalarını sinifdə bizə qiymətsiz müqəddəs əmanətlər kimi göstərən rəsm müəlliməmizdən eşitmişəm.



Rəsmi şənliklərin təşəbbüskarı o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə Katibi (üç ən yüksək rütbəli kommunist rəhbərindən biri), ixtisasca filoloq olan yazıçı, şair və dramaturq Dr. Şıxəli Qurbanov idi. Yerli partiya rəhbərliyi ona artıq bu təşəbbüsün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmişdi və Moskvaya onu ifşa edən məktublar göndərilirdi. İzahat vermək üçün Qurbanov mərkəzə çağırıldı, lakin onları inandıra bildi ki, Novruz opponentlərinin iddia etdiyi kimi dini bayram deyil.

Bir çoxları deyir ki, uğurlu bayram şənliklərindən sonra Şıxəli Qurbanovun 1967-ci ilin iyununda Mərkəzi Komitənin plenumunda növbəti Birinci Katib təyin olunacağı şübhə doğurmurdu, lakin mayın 24-ü o, diş müayinəsi kürsüsündə vəfat etdi. Ona öldürücü iynəni vurmuş həkim pəncərədən qaçdı və heç vaxt tapılmadı. Qurbanovun ailəsi sonradan iddi etdi ki, bu ona olunan artıq dördüncü sui-qəsd idi. Bir çoxları Qurbanovu şəxsi şücaəti ilə Novruzu geri qaytarmış bir şəxs kimi yada salır.

Qurbanovun bu təşəbbüsü sayəsində daha sonra Dəli Kür (1969) və Yeddi oğul istərəm (1970) kimi sevilən Azərbaycan filmlərinə KosaKeçəlin – yaz və qışın iştirakı ilə xalq teatrı, yumurta döyüşdürmə, tonqal üzərindən atılma və digər Novruz səhnələri daxil edilmişdir, lakin bu bayram rəsmi olaraq bir də 22 il sonra, 1989-cu ildə kütləvi qeyd olundu.

No hay comentarios: