Əgər İstanbuldan Tehrana təyyarə ilə getmək istəmirsinizsə, bunun ən sadə yolu Şərqi Anadolunun keçmiş erməni, indi isə kürd ərazilərinin möhtəşəm dağları və çay vadilərindən keçərək iki min yeddi yüz kilometr məsafəni uyğun olaraq üç və ya bir yarım günə qət edən qatar və ya avtobusla getməkdir.
Lakin, bu yol ancaq 1950-ci illərdən başlayaraq, tədricən çəkilmişdir. Bundan əvvəl isə təkcə cəsur karvanlar, çox vaxt kürd quldurların hücümlarına tuş gəlmək riski altında, dolanbac dağ keçidləri ilə özlərinə yol açardılar. Elə bu dağları Trabzondan Təbirzə qədər erməni tacirlərin müşayiətin ilə 1861-ci ildə, fağır bir dərviş cildinə girərək keçmiş Armin Vamberi (Ármin Vámbéry) kimi.
Otuz il sonra, 1889-cu ildə Şandor Keql (Sándor Kégl) əsilzadə səyyahların gedə biləcəyi yeganə yolu seçdi. O, gəmi ilə İstanbuldan Trabzona və oradan da qatarla Tiflisdən keçərək Bakıya səyahət etdi. Burada isə bir həftə Xəzər dənizi ilə İrana gedən rus poçt paroxodunu gözləməli oldu. Bu gözləmə boşuna keçmədi. Bir səyahətin heç bir bələdçi kitabının verə bilməyəcəyi ən gözəl cəhəti yeni tanışlıqlardır. Belə ki, o, "Vasárnapi Ujság" ("Vaşarnapi uyşaq" - bazar günü qəzeti) qəzetinin 14 sentyabr 1890-cı il buraxılışında, İran səfərinin üçüncü hissəsində yazır:
Yelena Viktorovna Klişinanın “20-ci əsrin əvvəlləri və sonlarının albom şeirləri” araşdırması qeyd edir ki, bu beyt o dövrün xatirə albomlarında sevilən bir yazı idi. Lakin bu, əlbəttə ki, jestin hərarəti və özəl səmimiyyətini heç cür əksiltmir. Ferens Papai Parizin (Ferenc Pápai Páriz) “album amicorum” xatirə albomunun veb nəşrini hazırlayarkən biz öyrənmişdik ki, bir zamanlar hətta ən səmimi dostlar belə öz yaxınlıqlarını təmtəraqlı şəkildə ifadə etmək üçün bu cür ifadələri ən uyğun üsul hesab etmişlər. Rus albomlarında bu beytin adətən ikinci bir beyt, “Sən axmaqsan, mən axmaq, ikimiz də axmağıq”la qafiyələnməyi faktı da bu jestin dəyərini azaltmır. Yəqin ki, bu beyt də bir dostluğun qeyri-formal və mərhəm xaraketerini vurğulamağa xidmət edirmiş:
Lakin, İvan Qonçarov (1812-1891) heç vaxt dünya səyahəti etməyib və buna görə də “Dünya səyahəti” adlı hər hansı bir kitab yazmayıb. Yəqindir ki, Keql bu adla dövrün müasir rus ədəbiyyatı ilə yaxşı tanış olmayan macar ictimaiyyətinə “Фрегат Паллада” – “Pallada freqatı” kitabını təqdim edib. Bu gün Qonçarovun adı ilk növbədə ən yaxşı 19-cu əsr rus romanlarından biri olan “Oblomov” və Mixalkovun bu əsərin əsasında çəkdiyi gözəl filmə görə hər kəsə tanışdır. 1852-1855-ci illər arasında o, admiral Putyatinin katibi kimi rus imperializminin məşhur macərasında, Yaponiyanın “kəşf olunması”nda və rus-yapon ticarət əlaqələrinin qurulmasında iştirak etmişdir. Bu səyahətin Qonçarov tərəfindən təsviri 1858-ci ildə nəşr olunaraq böyük uğur qazanmışdı. İki cilddə çap olunmuş 1886-cı il rus nəşrini burada və burada tapmaq olar.
Mən də Şandor Keqlin kitabxanasında Şahbaz bəyin ithaf yazısını görmək istədim, lakin həmin kitabı tapa bilmədim. O, hətta Keqlin yenicə alınmış kitabxanasındakı hər kitab barəsində qeydlərin əlavə edildiyi Akademiya Kitabxanasının 1926-cı il inventar siyahısına da daxil edilməyib.
Akademiya Kitabxanasında bu kitabın müəyyən sayda orijinal nəşrləri olsa da, onların heç biri xatirə yazısı olan, Keqlə məxsus nüsxə deyil. Onun başına nə gəldiyini bilmirəm. Kitabın ən son nəşri 1889-cu ildə, Keql İrana gedən yolda Rusiya İmperisyasının Qafqaz sərhədini keçdiyi vaxt çap olunduğuna görə, ola bilər ki, o bu yeni nəşri Tiflisdə alaraq Bakıda oxumağa başlayıbmış və elə buna görə də kitab onun stolunun üstündə imiş. Lakin, geriyə qayıtmağa hazırlaşarkən (təəssüf ki, bu cür vəziyyət mənə olduqca tanışdır) o, Tehranda aldığı xeyli kitab arasında rəhmsizcəsinə bir seçim etməli olub və bəlkə də bu kitabı orada qoyub. Seçimi heç də yaxşı etməyib. Mən belə bir ithaf yazısını heç şübhəsiz orada qoymazdım. Ümid edirəm ki, Tehrandakı ən qəribə kitabların peyda olduğu çoxlu sayda ikinci əl kitab dükanlarından birində Qonçarovun Şahbaz bəyə məxsus ithaf yazısını daşıyan “Pallada freqatı” Balaca Şahzadənin səhradakı su quyusu kimi hələ də gizlənir və bir gün ona həqiqətən də layiq olan bir kəsin əlinə keçəcək.
Bu yerdə yazını nöqtə qoyub yekunlaşdırmaq tam uyğun olardı. Lakin, bir məqam hələ də izahat tələb edir. 19-cu əsrin sonları Azərbaycanda iki əyalət bəyi macarların türklərin dostu və rusların düşməni olduqları barədə belə dəqiq məlumatı haradan əldə etmişdilər?
19-cu əsrin ikinci yarsında Türkiyənin tarixi 1853-56-cı illərin Krım müharibəsindən tutmuş rusların dəstək verdiyi 1870-ci illərin Balkan inqilablarına qədər Rusiya ekspansiyasına qarşı ölüm-dirim savaşı ilə səciyyələnib. Habsburq imperiyası cənub sərhədlərində Rusiya meylli bir regionun meydana gəlməsindən narahat idi, imperiya daxilində isə macarların özlərinin I Nikolay tərəfindən Frans İosifə kömək üçün göndərilmiş qoşunların 1848-49-cu illər müstəqillik müharibəsini qanlı şəkildə əzdiyinə görə ruslarla çəkiləcək hesabları var idi. Ümumi bir dümən obrazı və ortaq köklərinin olması barədə 19-cu əsrdə olduqca geniş yayılmış fikir macar ictimaiyyətini qatı Türkiyə meylli etmişdi. 1876-cı ilin oktyabrında Əbdül Kərim Paşa rusların dətəklədiyi serb və makedoniya qoşunları üzərində böyük qələbə qazandıqda, universitet tələbələri əllərində məşəllər Budapeştdəki Türkiyə konsulluğuna təntənəli bir yürüş etdilər. Tələbələr yaralı türk əskərləri üçün pul topladı, Əbdül Kərim üçün düzəltdirdikləri hədiyyə qılıncını isə 1877-ci ilin əvvəlləri səkkiz tələbədən ibarət bir nümayəndə heyəti İstanbula gətirdi. Sultan II Əbdül Həmid bu jestə 1541-ci ildə Buda şəhərində Qanuni Sultan Süleymanın ordusu tərəfində qəsb olunmuş, vaxtilə Macarıstan Kralı (Matyaş Hunyadi) Matias Korvinusa (1456-1490) məxsus “Korvinalar” adlandırılan 35 Renessans dövrü kodeksinin qaytarılması ilə cavab verdi. Növbəti il türk universitet tələbələrinin nümayəndələri cavab ziyarəti ilə Budapeştə səfər etdilər.
Əminəm ki, türk mətbuatı bu hadisələrə çox böyük diqqət ayırdığına görə, on il sonra onlar Azərbaycan sakinlərinin yaddaşında, o zaman güclü olan ümumtürk qardaşlığı ideyası ilə canlanaraq, hələ də yaşayırdı.
Səkkiz nəfərlik nümayəndə heyətinin başçısı, sonradan populyar jurnalist və məşhur altı-cildlik tarixi macar lətifələri toplusunun müəllifi olmuş Bela Tot (Béla Tóth) 1907-ci ildə ölümündən bir qədər əvvəl nəşr olunmuş sonuncu kitabı “Gül Baba”da öz tələbəçilik illərinin bu hadisəsini belə xatırlayıb:
Şandor Keqlin Qonçarovun kitabını haraya qoymasından asılı olmayaraq, Bela Totun bu yazısı Şahbaz bəyin ithafına layiqli bir cavabdır.
Şərqi Anadolu, bir zamanlar Het imperiyasının yerləşdiyi Karasu vadisi, Fərat çayının yuxarı axarı, Nimrud Dağının yaxınlığı, sübh vaxtı qatardan görünüş
Lakin, bu yol ancaq 1950-ci illərdən başlayaraq, tədricən çəkilmişdir. Bundan əvvəl isə təkcə cəsur karvanlar, çox vaxt kürd quldurların hücümlarına tuş gəlmək riski altında, dolanbac dağ keçidləri ilə özlərinə yol açardılar. Elə bu dağları Trabzondan Təbirzə qədər erməni tacirlərin müşayiətin ilə 1861-ci ildə, fağır bir dərviş cildinə girərək keçmiş Armin Vamberi (Ármin Vámbéry) kimi.
Otuz il sonra, 1889-cu ildə Şandor Keql (Sándor Kégl) əsilzadə səyyahların gedə biləcəyi yeganə yolu seçdi. O, gəmi ilə İstanbuldan Trabzona və oradan da qatarla Tiflisdən keçərək Bakıya səyahət etdi. Burada isə bir həftə Xəzər dənizi ilə İrana gedən rus poçt paroxodunu gözləməli oldu. Bu gözləmə boşuna keçmədi. Bir səyahətin heç bir bələdçi kitabının verə bilməyəcəyi ən gözəl cəhəti yeni tanışlıqlardır. Belə ki, o, "Vasárnapi Ujság" ("Vaşarnapi uyşaq" - bazar günü qəzeti) qəzetinin 14 sentyabr 1890-cı il buraxılışında, İran səfərinin üçüncü hissəsində yazır:
Bakı artıq müəyyən dərəcədə bir şərq şəhəridir. Əhalinin əksəriyyəti farslar və Azərbaycan dialektində danışan türklərdir. Tez-tez dəbdəbəli ipək kaftan geyinmiş, küçədə gəzişən zəngin türk bəylərini görürdüm.
Qaldığım kiçik mehmanxanada iki türk bəyi də bir otaq tutmuşdu. Hər ikisi kaloritli milli türk libası geyinirdi. Mən nahar etdiyim masa arxasında nahar edirdilər, buna görə də tezliklə onlarla tanış oldum. Qardaş idilər, birinin adı Samid, o birisinin isə Şahbaz idi və Bakıya hansısa məhkəmə işi üçün gəlmişdilər. Mənim macar olduğumu biləndə macarları göylərə qədər tərifləyib, onları milli mənliklərindən məhrum etmək istəyən rusları lənətlədilər. Ana dillərindən başqa hər ikisi də fars və rus dillərində yaxşı danışırdı. Kiçik qardaş Şahbaz rus ibtidai məktəbində oxumuşdu və rus dilində yaxşı yaza bilirdi. Tez-tez şəhərə onlarla birlikdə gəzməyə çıxırdım. Ayrılarkən şərqlilərə məxsus sadəlövhlüklə [sic!] onlar mənə əbədi dostluq əhdi verərək Macarıstanda məni ziyarət edəcəklərini söz verdilər. Yaşca kiçik bəy stolumun üstündəki rus dilində kitabı, Qonçarovun “Dünya səyahəti”ni görüb, açılış səhifəsinə rusca növbəti sətri yazdı: “Sən mənim dostumsan, mən sənin dostun, dostuq biz qəbrə qədər” (“Ты мой друг, я твой друг, друзья мы до гроба”).

Qriqori Qaqarin (1810-1893): Azərbaycanlı geyimləri. Ortada: Qarabağlı bəy. Sağda və solda: Şamaxıdan gənc əsilzadələr. Böyütmək üçün klikləyin. İllüstrasiyalara görə Araza təşəkkür!
Yelena Viktorovna Klişinanın “20-ci əsrin əvvəlləri və sonlarının albom şeirləri” araşdırması qeyd edir ki, bu beyt o dövrün xatirə albomlarında sevilən bir yazı idi. Lakin bu, əlbəttə ki, jestin hərarəti və özəl səmimiyyətini heç cür əksiltmir. Ferens Papai Parizin (Ferenc Pápai Páriz) “album amicorum” xatirə albomunun veb nəşrini hazırlayarkən biz öyrənmişdik ki, bir zamanlar hətta ən səmimi dostlar belə öz yaxınlıqlarını təmtəraqlı şəkildə ifadə etmək üçün bu cür ifadələri ən uyğun üsul hesab etmişlər. Rus albomlarında bu beytin adətən ikinci bir beyt, “Sən axmaqsan, mən axmaq, ikimiz də axmağıq”la qafiyələnməyi faktı da bu jestin dəyərini azaltmır. Yəqin ki, bu beyt də bir dostluğun qeyri-formal və mərhəm xaraketerini vurğulamağa xidmət edirmiş:
Ты друг, я друг –
Друзья мы до гроба.
Ты дурак, я дурак –
Дураки мы оба.
Друзья мы до гроба.
Ты дурак, я дурак –
Дураки мы оба.
Lakin, İvan Qonçarov (1812-1891) heç vaxt dünya səyahəti etməyib və buna görə də “Dünya səyahəti” adlı hər hansı bir kitab yazmayıb. Yəqindir ki, Keql bu adla dövrün müasir rus ədəbiyyatı ilə yaxşı tanış olmayan macar ictimaiyyətinə “Фрегат Паллада” – “Pallada freqatı” kitabını təqdim edib. Bu gün Qonçarovun adı ilk növbədə ən yaxşı 19-cu əsr rus romanlarından biri olan “Oblomov” və Mixalkovun bu əsərin əsasında çəkdiyi gözəl filmə görə hər kəsə tanışdır. 1852-1855-ci illər arasında o, admiral Putyatinin katibi kimi rus imperializminin məşhur macərasında, Yaponiyanın “kəşf olunması”nda və rus-yapon ticarət əlaqələrinin qurulmasında iştirak etmişdir. Bu səyahətin Qonçarov tərəfindən təsviri 1858-ci ildə nəşr olunaraq böyük uğur qazanmışdı. İki cilddə çap olunmuş 1886-cı il rus nəşrini burada və burada tapmaq olar.
"Pallada" freqatının Şimal Dənizindən başlayıb Britaniya və Afrikadan keçərək Yaponiyaya gedən marşrutu. Aşağıda: freqatın A.P. Boqolyubov tərəfindən çəkilmiş şəkli və onun müasir surəti - adını daşıyan Rusiya təlim freqatı.
Mən də Şandor Keqlin kitabxanasında Şahbaz bəyin ithaf yazısını görmək istədim, lakin həmin kitabı tapa bilmədim. O, hətta Keqlin yenicə alınmış kitabxanasındakı hər kitab barəsində qeydlərin əlavə edildiyi Akademiya Kitabxanasının 1926-cı il inventar siyahısına da daxil edilməyib.
Akademiya Kitabxanasında bu kitabın müəyyən sayda orijinal nəşrləri olsa da, onların heç biri xatirə yazısı olan, Keqlə məxsus nüsxə deyil. Onun başına nə gəldiyini bilmirəm. Kitabın ən son nəşri 1889-cu ildə, Keql İrana gedən yolda Rusiya İmperisyasının Qafqaz sərhədini keçdiyi vaxt çap olunduğuna görə, ola bilər ki, o bu yeni nəşri Tiflisdə alaraq Bakıda oxumağa başlayıbmış və elə buna görə də kitab onun stolunun üstündə imiş. Lakin, geriyə qayıtmağa hazırlaşarkən (təəssüf ki, bu cür vəziyyət mənə olduqca tanışdır) o, Tehranda aldığı xeyli kitab arasında rəhmsizcəsinə bir seçim etməli olub və bəlkə də bu kitabı orada qoyub. Seçimi heç də yaxşı etməyib. Mən belə bir ithaf yazısını heç şübhəsiz orada qoymazdım. Ümid edirəm ki, Tehrandakı ən qəribə kitabların peyda olduğu çoxlu sayda ikinci əl kitab dükanlarından birində Qonçarovun Şahbaz bəyə məxsus ithaf yazısını daşıyan “Pallada freqatı” Balaca Şahzadənin səhradakı su quyusu kimi hələ də gizlənir və bir gün ona həqiqətən də layiq olan bir kəsin əlinə keçəcək.
“Bakıda bir iranlı evi.” Samuel Bencamin (Samuel G. W. Benjamin): “İran və iranlılar” (“Persia and the Persians”), London, 1887, 17. Şandor Keqlin kitabxanasından. Araz göstərdiyi kimi, həqiqətdə bu, Bakıdakı Xan sarayının girişidir. Qriqori Qaqarinin rəsminə baxın.
Bu yerdə yazını nöqtə qoyub yekunlaşdırmaq tam uyğun olardı. Lakin, bir məqam hələ də izahat tələb edir. 19-cu əsrin sonları Azərbaycanda iki əyalət bəyi macarların türklərin dostu və rusların düşməni olduqları barədə belə dəqiq məlumatı haradan əldə etmişdilər?
Sultan II Əbdül Həmid 1867-ci ildə… |
…və 1918-ci ildə. |
Əminəm ki, türk mətbuatı bu hadisələrə çox böyük diqqət ayırdığına görə, on il sonra onlar Azərbaycan sakinlərinin yaddaşında, o zaman güclü olan ümumtürk qardaşlığı ideyası ilə canlanaraq, hələ də yaşayırdı.
Səkkiz nəfərlik nümayəndə heyətinin başçısı, sonradan populyar jurnalist və məşhur altı-cildlik tarixi macar lətifələri toplusunun müəllifi olmuş Bela Tot (Béla Tóth) 1907-ci ildə ölümündən bir qədər əvvəl nəşr olunmuş sonuncu kitabı “Gül Baba”da öz tələbəçilik illərinin bu hadisəsini belə xatırlayıb:
Bəlkə də biz - macarların öz türk qardaşlarımızın təəssübünü hiyləgər qoca Əbdül Kərimə qılınc gətirəcək qədər, sadəcə türk olduğuna görə hətta tütün dükanlarının reklam lövhəsində tütün çəkən qırmızışalvar paşanı belə salamlayacaq qədər həyəcanla çəkdiyimiz o gözəl günləri hələ tam unutmayıbsınız. Vaxt sürətlə keçir. Bu gün o gənclik şövqü əsasən keçib gedib. Mən bütün Macarıstanda bu şövqün dəyişmədən yaşadığı ancaq bir şəxsi tanıyırıam. O şəxs mənəm. Özümü saxlaya bilmirəm, türkləri çox sevirəm. Hər dəfə ingilis jurnallarında başıçalmalı türklərin təsvir olunduğu bir karikatura görəndə və ya dəmir yolu bələdçisində Şərqə gedən qatarların vaxt cədvəli olan səhifəni açanda ürəyim bir aşiqin qəlbi sevgilisinin adını eşidəndə titrədiyi kimi döyünür. Bir qədər xoşbəxt olmaq istədiyim vaxt həmişə özümü ya Konstantinopol, ya da Qahirəyə yetirib, orada mömin müsəlmanların arasında xəyala dalaraq yüngülləşirəm. Dillərini öyrəndim, davranışlarına öyrəşdim, həyat fəlsəfəm onlarınkına meyl edir. Mən burada - Qərbdə bir şərqliyəm; Məşriqin əbədi həsrəti ürəyimdə yaşayır. Bu səfeh, uşaqsı hiss çox ağrılı olanda isə heç kəsin onu bilmədiyi və görmədiyi yerə, Gül Babanın qəbrinə qalxıram və bu kiçik, yarımxaraba türbədə mən Şərqdə olduğumu xəyal edirəm.
Şandor Keqlin Qonçarovun kitabını haraya qoymasından asılı olmayaraq, Bela Totun bu yazısı Şahbaz bəyin ithafına layiqli bir cavabdır.
No hay comentarios:
Publicar un comentario