May ayı “Poemas del río Wang”da İkinci Dünya Müharibəsi havası ilə yoğrulmuş bir neçə yazı ilə əlamətdar oldu: müharibə uşaqları barədə “Balaca adamlar”, təslim olmuş Berlində divar yazılarından bəhs edən “Qraffiti” və iki müharibə fotosunun güzgüsündə kilsə barədə düşüncələri bölüşən “İki şəkil”. Mənim üçün uzun illər boyu may ayı 9 may 1945-ci il – Sovet İttifaqında nə az, nə çox Böyük Vətən Müharibəsi (1941-1945) adlanan bir müharibədə Nasist Almaniyasının kapitulyasiyası tarixini bayram edən, hələ də bir çox post-sovet ölkəsində dövlət bayramı kimi qeyd edilən Qələbə Günü ilə başlayırdı. Beləliklə, mənim “Poemas del río Wang”dakı bu May havasının təsiri altında növbəti yazım meydana gəldi.
“Katyuşa” Böyük Vətən Müharibəsini təcəssüm etdirən mahnılardan birdir. Əslində bu mahnı daha əvvəllər yazılmış, ilk dəfə 1938-ci ildə ifa edilmişdi. Katyuşa rus qadın adı Yekaterinanın kiçiltməsi olan Katyanın əzizləmə formasıdır. Bu nəğmə çox uzaqlarda hərbi xidmətdə olan sevgilisinə mahnı oxuyan bir qız haqqındadır.
Matvey Blanter (1903-1990) tərəfindən bəstələnmiş mahnı cəbhədə, əslində cəbhə xəttinin hər iki tərəfində rəğbət qazanmışdı. Bu nəğməni öz səngərlərindən eşidən alman əsgərlərinin bəzən onun yenidən ifa edilməsini xahiş etdiklərini söyləyirlər. Çox sevilən italyan partizan mahnılarından biri “Fischia il Vento”nun (Külək vıyıldayır) sözləri 1943-cü ildə eyni musiqiyə yazılmışdır.
“Katyuşa” bir çox dillərə tərcümə olunub və hələ də İsraildən tutmuş Çinə qədər bir çox ölkələrdə ifa edilir. Bu mahnını əzbər bilirdim və uşaq ikən “Katyuşa”nı rus dilində oxuyardım, amma onu heç vaxt Azərbaycan dilində eşitməmişdim. Universitetdə riyaziyyat müəllimi olan atam hərdən şerlər yazardı və 1999-cu ildə “Katyuşa”nın özü etdiyi mənzum tərcüməsini bizə oxumuşdu. Qısaca epiqrafı var idi – “Mustafa əmimə”:
1941-ci ilin iyununda Nasist Almaniyasının hücumu onları Sovet İttifaqının qərb sərhədlərində yaxalayıb. Həyat yoldaşı və uşaqları evakuasiya olunaraq Azərbaycana, doğma kəndə göndərilib. Nasist qoşunları “Blitskriq” taktikasına sadiq qalaraq əsl ildırım sürəti ilə irəliləyirdilər. Sovet Qızıl Ordusu geri çəkilirdi və 1941-ci ilin payızında qanlı döyüşlər artıq paytaxt Moskvanın həndəvərində gedirdi. 1941-ci ilin qışında uğurlu sovet əks-hücumu düşməni geri atsa da, Moskva hələ də təhlükədə idi. Mustafa iki dəfə yaralanmışdı, hospitalda olarkən evə məktub yazmaq imkanı olurdu. Axırıncı məktubu 1942-ci ilin iyulunda yazılmışdı. Xeyli müddət sonra, 1943-cü ildə Valentina ərinin son xəbərini – xalq arasında “qara kağız” adlanan ölüm haqqında bildirişini aldı. Mən uzun müddət elə bilirdim ki, bu kağızlar doğrudan da qara olub, amma elə deyilmiş:
Nə mayor Yusufovun harada, necə həlak olması, nə də dəfn edildiyi yer barədə bir məlumat göstərilməyib. Sonradan onun adı rəsmi “itkin düşənlər” siyahısına da düşüb. Buna görə Mustafanın taleyi hər zaman qeyri-müəyyən olduğundan, onu sağ qalacağı barədə közərən ümidlə vaxtaşırı yada salardılar.
Beləcə “Poemas del río Wang”da may ayının barıt qoxulu havası babamın qardaşı barədə köhnə xatirələri yada saldı. Mən İnternetdə mayor Mustafa Yusufov barədə məlumat axtarmağa başladım, deyəsən elə düz vaxtında başlamışdım. Məlum oldu ki, 2008-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyi “OBD Memorial” adlı layihəsi vasitəsi ilə Böyük Vətən Müharibəsinin “qayıtmaz itkiləri” barədə sovet arxivlərini açıq şəkildə onlayn yerləşdirmişdir. Onlayn arxiv vaxtaşırı yenilənir və indi bu nəhəng verilənlər bazasında arxiv sənədlərinin 11,8 milyon rəqəmli təsviri saxlanır. Mən Alman Sənədləşmə Mərkəzinə məxsus sovet müharibə əsirlərinin onlayn verilənlər bazasında da axtarış aparmağı planlaşdırırdım.
Arxivdə axtarış aparmaq heç də həmişə asan deyil, çünki adların müxtəlif cür yazılışı, orijinal sənəd və ya elektron yazıda səhv daxil olunmuş verilənlər ola bilər. Çox keçmədən mayor Yusufov barəsində bir xeyli məlumat toplandı. Nəinki onun sonuncu xidmət yeri – 31-ci ordunun 88-ci atıcı divizionu, harada dəfn edildiyini, həm də həyat yoldaşının necə çətinlik çəkdiyi, uşaqlarından iki ən körpəsini müharibənin uğursuz illərində itirdiyini öyrəndim.
1942-ci ilin yazında 88-ci atıcı diviziya ikinci dəfə təşkil edilmişdi, çünki şimalda, Finlandiya sərhədləri yaxınlığında gedən ağır döyüşlərdən sonra ilkin heyətdə olan 17 min adamdan ancaq üç mini qalmışdı. Yeni təşkil olunmuş divizionunu ilk döyüşü “Rjev ətçəkəni” adı ilə məşhur Rjev döyüşlərində ikinci əməliyyat – 1942-ci ilin avqustunda keçirilən Rjev-Sıçevka hücum əməliyyatı oldu. Müharibənin bu mübahisəli epizodu Kursk və Stalinqrad qədər məşhur olmasa da, ən azı sonuncu qədər qanlı olub.
1942-ci ilin yanvar-aprelində keçirilən ilk əməliyyat faşistləri geriyə atsa da, onlar əks-hücumlar etməklə iki sovet ordu birləşməsini mühasirəyə alaraq demək olar ki tamamilə məhv edə, həmçinin Rjev şəhəri və Moskvanı hədələyən yumruğu xatırladan Rjev-Vyazma çıxıntısındakı digər strateji mövqeləri əllərində saxlaya bilmişdilər. 1942-ci ilin iyun ayında Hitler qoşunlarına cənubda iki strateji şəhər – Volqa üzərində vacib nəqliyyat qovşağı olan Stalinqrad və Xəzər dənizindəki əsas sovet neft istehsalçısı Bakı istiqamətində irəliləməyi əmr etdi. Stalin hadisələrin bu cür dönüşünü gözləmirdi və Rjev ətrafında əməliyyatlar faşistlərə qoşunları cənub istiqamətinə ötürmək imkanı verməmək üçün davam etdirildi. İyul-sentyabr aylarında sovet qoşunları yeni hücuma başladılar, lakin böyük itkilər hesabına xeyli irəliləsələr də əsas məqsədə nail ola bilmədilər – nasistlər Rjev və strateji çıxıntını əllərində saxladı. Bundan sonra noyabr-dekabrda daha bir uğursuz əməliyyat keçirildi. Sovet qoşunları Rjevə ancaq 1943-cü ilin martında daxil oldular və məlum oldu ki, düşmən demək olar ki hiss edilmədən geri çəkilib.
Rəsmi verilənlərə görə sovet qoşunlarının “Rjev ətçəkənində” itkiləri milyonu aşmışdı. Onilliklər ərzində hərbi tarixçilər və generallar bu döyüşlərin üzərindən sükutla keçib, lakin bu hadisələr sağ qalmış insanların yaddaşında yaşayıb. Onlardan biri “Krasnoarmeyskaya Pravda” (“Qızıl Ordu Həqiqəti”) qəzetinin müxbiri kimi 1942-ci ilin payızında Rjevə ezam olunmuş məşhur rus sovet şairi Aleksandr Tvardovski (1910-1971) idi. Onun 1946-cı ildə yazdığı “Mən Rjev ətrafında öldürülmüşəm” şeiri Rjev torpağında yatan minlərlə naməlum sovet döyüşçüsünün hekayəsini söyləyir: :
Mustafa Yusufov adı da heç bir dəfn siyahısında yoxdur, nə də Nosovo adlı bir kənddə rəsmi əsgəri dəfn yeri mövcuddur. Əslində xəritələrin əksəriyyətində Rjev ətrafına baxdıqda heç belə bir yeri tapa bilməzsiniz.
Hər il yüzlərlə naməlum əsgərin qalıqlarını, bəzən hətta bataqlıqlarda qalmış bütöv tank və təyyarələri tapan çoxlu sayda könüllü axtarış qrupu var. Böyük sərkərdə, məğlubedilməz rus generalissimusu Aleksandr Suvorov (1729-1800) tərəfindən deyilmiş “müharibə sonuncu əsgər dəfn edilməyincə başa çatmayıb” sözləri onların qeyri-rəsmi şüarıdır.
Axtarış qruplarının bir neçə onlayn forumunda mayor Yusufovun dəfn olunduğu yer barədə verdiyim sorğuya çox keçmədən cavab aldım. Məlum oldu ki, Nosovo Rusiya Federasiyasının Tver vilayətindəki Poqoreloye Qorodişşe mərkəzi yaxınlığında yerləşən, əhalisi 2008-ci ildə 83 nəfər olan kiçik bir kənddir. Məhz bu yerdə 4 avqust 1942-ci il 88-ci atıcı diviziya 212-ci tank briqadası ilə birlikdə Derja çayını döyüşə-döyüşə keçmişdi.
Lakin ən vacib məlumatı 24 may 2010-cu il Moskva Energetika İstitutundakı “Qorizont” turizm-axtarış klubunun komandir müavini Aleksey Sdvijkovdan aldım. O yazırdı ki, 2007-ci ildə klubları Zubtsov və Poqoreloye Qorodişşedən olan yerli axtarış qrupları ilə birlikdə o yerlərə səfər edib və onlar eynilə sənəddə göstərilə yerdə, Nosovodan şimal-şərqə doğru 500 metr məsafədə hərəsində təxminən 20 nəfər olan iki sanitar dəfn yeri aşkar ediblər. Qalıqlar əsgəri ehtiram və dini mərasimlə Poqoreloye Qorodişşedəki xatirə qəbiristanlığında yenidən dəfn edilib. Aleksey alicənablıq göstərərək klublarından yerli hakimiyyət orqanına mayor Mustafa Yusufovu xatirə kompleksindəki adların siyahısına əlavə etmək barədə rəsmi xahiş məktubu göndərdi. Bundan başqa o, Nosovo kəndinin sovet qoşunlarının cəbhəni yarmasının xatirəsinə qoyulmuş abidə görünən bir mənzərəsinin foto-şəklini də göndərdi. Şəkil məni mat qoydu – bu, təpənin üstündən kəndə baxan “Katyuşa” idi.
“Katyuşa” reaktiv qurğuları bütün müharibəni keçərək, gedib düz Berlinə çıxdılar, “Katyuşa” mahnısı da geridə qalmadı. Sevilən rus və sovet müğənnisi, rus xalq mahnılarının ən məşhur ifaçılarından biri Lidiya Ruslanova (1900-1973) onu tüstülənən Reyxstaqın astanasında ifa etdi.
Cəbhədə yaranan bu bəndlər isə tamam başqa Katyuşa, müharibə vaxtı Qızıl Orduda xidmət edən 800 min qadından biri barəsində söhbət açır.
Qadınlar ancaq tibb bacısı və ya yol tənzimçisi kimi köməkçi vəzifələrdə qulluq etmirdi, o zaman snayper, pulemyotçu, tankçı və hətta pilot qadınlar var idi.
Onlarda biri Azərbaycanın ilk qadın pilotu Züleyxa Seyidməmmədova olub. O, 1942-ci ildə təşkil edilmiş üç sovet qadın aviasiya alayından biri olan 586-cı qırıcı hava alayı ilə bütün müharibəni keçib, alayın şturmanı kimi başlayıb komandir müavini kimi başa vurub.
Qadınların döyüşlərə belə geniş miqyasda cəlb edilməsi almanlar üçün görünməmiş və mərəkəli hadisə idi. Qəribədir ki, müharibənin ilk illəri nasist təbliğatı bunu sovet rejiminin qeyri-insani olmasının sübutu kimi istifadə edirdi, lakin öz axırları yaxınlaşanda hətta uşaqları döyüşə göndərməkdən çəkinmirdilər.
İkinci Dünya Müharibəsi bəşəriyyət tarixində ən qəddar və qanlı müharibədir. İnsan vəhşiliyinin hüdudlarını aşan bu müharibədə həm də yeni qəhrəmanlıq və fədakarlıq zirvələri yüksəldi. “Katyuşa”nın hekayəsində də bu cür ikilik var – o, sadiq məhəbbət və amansız ədavət hekayəsidir.
Ржев: Неизвестная битва Георгия Жукова (Rjev: Qeorqi Jukovun naməlum döyüşü) – rejissor Sergey Nurmamed tərəfindən 2009-cu ildə çəkilmiş, Aleksey Pivovarov və Konstantin Qoldentsvayqın səsləndirdiyi bu sənədli film Rusiyada çoxlu mübahisələrə səbəb olmuşdu: http://www.youtube.com/watch?v=Lv_8AbQJyuk
Rjev ətrafında əsgəri dəfn yerlərinin axtarışı – yerli “Oryol” (Qartal) hərbi-tarixi mərkəzinin hazırladığı qısa video-film: http://www.youtube.com/watch#!v=mskUclqiUQ4
VESTI Moskva 23 sentyabr 2007-ci il Moskva ətrafında axtarış işləri barəsində tele-xəbər reportajı: http://www.vesti-moscow.ru/videos.html?id=9430
Женское лицо войны. Катюша (Müharibənin qadın sifəti. Katyuşa) – rejissor Aleksey Kitaytsevin 2008-ci ildə Svetlana Aleksiyeviçin kitabı əsasında çəkdiyi rus sənədli filmi: http://rutube.ru/tracks/1895638.html
Женя, Женечка и 'Катюша' (Jenya, Jeneçka və 'Katyuşa') – rejissor Vladimir Motılın 1967-ci ildə çəkdiyi, ssenarisini isə Bulat Okujava ilə birlikdə yazdığı sevilən rus sovet filmi (ingiliscə alt-yazıları ilə) öz Katyuşa reaktiv divizionu ilə müharibənin od-alovundan keçən romantik gənc oğlanın (Jenya) hekayəsini söyləyir: http://www.youtube.com/watch#!v=BsvveaPoUlk
“Katyuşa” Böyük Vətən Müharibəsini təcəssüm etdirən mahnılardan birdir. Əslində bu mahnı daha əvvəllər yazılmış, ilk dəfə 1938-ci ildə ifa edilmişdi. Katyuşa rus qadın adı Yekaterinanın kiçiltməsi olan Katyanın əzizləmə formasıdır. Bu nəğmə çox uzaqlarda hərbi xidmətdə olan sevgilisinə mahnı oxuyan bir qız haqqındadır.
Музыка: Матвей Блантер Слова: Михаил Исаковский Расцветали яблони и груши, Поплыли туманы над рекой. Выходила на берег Катюша, На высокий берег на крутой. Ой ты, песня, песенка девичья, Ты лети за ясным солнцем вслед. И бойцу на дальнем пограничье От Катюши передай привет. | Musiqisi: Matvey Blanter Sözləri: Mixail İsakovskiy Выходила, песню заводила Про степного, сизого орла, Про того, которого любила, Про того, чьи письма берегла. Пусть он вспомнит девушку простую, Пусть услышит, как она поет, Пусть он землю бережет родную, А любовь Катюша сбережет. |
Matvey Blanter (1903-1990) tərəfindən bəstələnmiş mahnı cəbhədə, əslində cəbhə xəttinin hər iki tərəfində rəğbət qazanmışdı. Bu nəğməni öz səngərlərindən eşidən alman əsgərlərinin bəzən onun yenidən ifa edilməsini xahiş etdiklərini söyləyirlər. Çox sevilən italyan partizan mahnılarından biri “Fischia il Vento”nun (Külək vıyıldayır) sözləri 1943-cü ildə eyni musiqiyə yazılmışdır.
Fischia il vento e infuria la bufera, scarpe rotte e pur bisogna andar a cunquistare la rossa primavera dove sorge il sol dell’avvenir. A cunquistare la rossa primavera dove sorge il sol dell’avvenir. Ogni contrada è patria del ribelle, ogni donna a lui dona un sospir, nella notte lo guidano le stelle forte il cuore e il braccio nel colpir. Nella notte lo guidano le stelle forte il cuore e il braccio nel colpir. Se ci coglie la crudele morte, dura vendetta farà del partigian; ormai sicura è la dura sorte del fascista vile traditor. Ormai sicura è la dura sorte del fascista vile traditor. Cessa il vento, calma è la bufera, torna a casa il fiero partigian, sventolando la rossa sua bandiera; vittoriosi e alfin liberi siam. Sventolando la rossa sua bandiera; vittoriosi e alfin liberi siam. | Külək vıyıldayır, tufan da qopub, çəkmə cırıqsa də biz getməliyik, gələcək günəşi şövqlə parlayan qırmızı səhəri fəth etməliyik. Gələcək günəşi şövqlə parlayan qırmızı səhəri fəth etməliyik. Hər diyar bu üsyankara yurd oldu, hər qadın ah çəkdi onun halına, gecə ona bələdçi ulduzlardır, qəlbi sərtdir, təpər verir qoluna. Gecə ona bələdçi ulduzlardır, qəlbi sərtdir, təpər verir qoluna. Bizi yaxalarsa amansız ölüm, Partizan qisası ağır olacaq; artıq yəqindir ki cəzanı çəkmək mənfur faşist satqınlara qalacaq. Artıq yəqindir ki cəzanı çəkmək mənfur faşist satqınlara qalacaq. Külək durur, tufan isə səngiyir, qəhrəman partizan qayıdır evə, qırmızı bayrağı hey dalğalanır, zəfər çaldıq, azadıq bundan belə. Qırmızı bayrağı hey dalğalanır, Zəfər çaldıq, azadıq bundan belə. |
“Katyuşa” bir çox dillərə tərcümə olunub və hələ də İsraildən tutmuş Çinə qədər bir çox ölkələrdə ifa edilir. Bu mahnını əzbər bilirdim və uşaq ikən “Katyuşa”nı rus dilində oxuyardım, amma onu heç vaxt Azərbaycan dilində eşitməmişdim. Universitetdə riyaziyyat müəllimi olan atam hərdən şerlər yazardı və 1999-cu ildə “Katyuşa”nın özü etdiyi mənzum tərcüməsini bizə oxumuşdu. Qısaca epiqrafı var idi – “Mustafa əmimə”:
Artıq çiçəkləmiş alma-armudlar, Çayın üzəriylə sürünür duman. Bu dəmdə sahilə çıxır Katyuşa, Dayandığı sahil yüksək bir yarğan. Ey nəğmə, ey məsum qızın nəğməsi, Günəşin ardınca uç, uç, havalan, Uzaq sərhəddəki döyüşçüyə sən Yetir Katyuşadan alovlu salam. | Çıxır, söyləməyə başlayır nəğmə Haqqında çöl oğlu, cəsur qartalın, Haqqında kimi ki sevmiş ürəkdən, Sahibin qorunan xoş məktubların. Qoy o xatırlasın sadə bir qızı, Qoy eşitsin ki, o, necə oxuyur, Qoy doğma torpağı qorusun daim, Sevgi-məhəbbəti Katyuşa qorur. |
Mustafa babanın Katyuşası
Atamın Mustafa əmisi ailədə ən kiçik, yəqin elə buna görə də ən sevimli qardaş olub. Kəndin say-seçmə gənclərindən biri, özünə hərbçi peşəsini seçib və hərbi komandir məktəbini bitirdikdən sonra Bakıda zabit kimi xidmətə başlayıb. Mustafa gələcək həyat yoldaşı Valentina Andreyevna ilə hospitalda, 1930-cu illərdə xidmət etdiyi Rusiyanın Stavropol vilayətində tanış olub. Ailəsi onun bu rus qızı ilə evlənməsinə xeyir-dua verib, tale də onları dörd uşaqla sevindirib.Kiçik qardaşının 1940-cı illərdə çəkilmiş bu şəklini babam son gününə qədər yatağının başında saxlayardı. |
1941-ci ilin iyununda Nasist Almaniyasının hücumu onları Sovet İttifaqının qərb sərhədlərində yaxalayıb. Həyat yoldaşı və uşaqları evakuasiya olunaraq Azərbaycana, doğma kəndə göndərilib. Nasist qoşunları “Blitskriq” taktikasına sadiq qalaraq əsl ildırım sürəti ilə irəliləyirdilər. Sovet Qızıl Ordusu geri çəkilirdi və 1941-ci ilin payızında qanlı döyüşlər artıq paytaxt Moskvanın həndəvərində gedirdi. 1941-ci ilin qışında uğurlu sovet əks-hücumu düşməni geri atsa da, Moskva hələ də təhlükədə idi. Mustafa iki dəfə yaralanmışdı, hospitalda olarkən evə məktub yazmaq imkanı olurdu. Axırıncı məktubu 1942-ci ilin iyulunda yazılmışdı. Xeyli müddət sonra, 1943-cü ildə Valentina ərinin son xəbərini – xalq arasında “qara kağız” adlanan ölüm haqqında bildirişini aldı. Mən uzun müddət elə bilirdim ki, bu kağızlar doğrudan da qara olub, amma elə deyilmiş:
Bildiririk ki, mayor Yusufov Mustafa Abdul(la) oğlu 15 avqust 1942-ci ildə vətən uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Tarix: 3 avqust 1943-cü il
Nə mayor Yusufovun harada, necə həlak olması, nə də dəfn edildiyi yer barədə bir məlumat göstərilməyib. Sonradan onun adı rəsmi “itkin düşənlər” siyahısına da düşüb. Buna görə Mustafanın taleyi hər zaman qeyri-müəyyən olduğundan, onu sağ qalacağı barədə közərən ümidlə vaxtaşırı yada salardılar.
Beləcə “Poemas del río Wang”da may ayının barıt qoxulu havası babamın qardaşı barədə köhnə xatirələri yada saldı. Mən İnternetdə mayor Mustafa Yusufov barədə məlumat axtarmağa başladım, deyəsən elə düz vaxtında başlamışdım. Məlum oldu ki, 2008-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyi “OBD Memorial” adlı layihəsi vasitəsi ilə Böyük Vətən Müharibəsinin “qayıtmaz itkiləri” barədə sovet arxivlərini açıq şəkildə onlayn yerləşdirmişdir. Onlayn arxiv vaxtaşırı yenilənir və indi bu nəhəng verilənlər bazasında arxiv sənədlərinin 11,8 milyon rəqəmli təsviri saxlanır. Mən Alman Sənədləşmə Mərkəzinə məxsus sovet müharibə əsirlərinin onlayn verilənlər bazasında da axtarış aparmağı planlaşdırırdım.
Arxivdə axtarış aparmaq heç də həmişə asan deyil, çünki adların müxtəlif cür yazılışı, orijinal sənəd və ya elektron yazıda səhv daxil olunmuş verilənlər ola bilər. Çox keçmədən mayor Yusufov barəsində bir xeyli məlumat toplandı. Nəinki onun sonuncu xidmət yeri – 31-ci ordunun 88-ci atıcı divizionu, harada dəfn edildiyini, həm də həyat yoldaşının necə çətinlik çəkdiyi, uşaqlarından iki ən körpəsini müharibənin uğursuz illərində itirdiyini öyrəndim.
Mayor Yusufov Mustafa Abdul(la) oğlu, əlahiddə pulemyot batalyonunun komandiri,
17 avqust 1942-ci ildə həlak olub, Nosovo kəndidən 500 m şimal-şərqdə dəfn edilib.
Tarix: 8 dekabr 1944-cü il
17 avqust 1942-ci ildə həlak olub, Nosovo kəndidən 500 m şimal-şərqdə dəfn edilib.
Tarix: 8 dekabr 1944-cü il
1942-ci ilin yazında 88-ci atıcı diviziya ikinci dəfə təşkil edilmişdi, çünki şimalda, Finlandiya sərhədləri yaxınlığında gedən ağır döyüşlərdən sonra ilkin heyətdə olan 17 min adamdan ancaq üç mini qalmışdı. Yeni təşkil olunmuş divizionunu ilk döyüşü “Rjev ətçəkəni” adı ilə məşhur Rjev döyüşlərində ikinci əməliyyat – 1942-ci ilin avqustunda keçirilən Rjev-Sıçevka hücum əməliyyatı oldu. Müharibənin bu mübahisəli epizodu Kursk və Stalinqrad qədər məşhur olmasa da, ən azı sonuncu qədər qanlı olub.
Rjev döyüşləri də daxil olmaqla 1942-ci ilin yay-payız kampaniyasında hərbi əməliyyatların ümumi gedişi.
1942-ci ilin yanvar-aprelində keçirilən ilk əməliyyat faşistləri geriyə atsa da, onlar əks-hücumlar etməklə iki sovet ordu birləşməsini mühasirəyə alaraq demək olar ki tamamilə məhv edə, həmçinin Rjev şəhəri və Moskvanı hədələyən yumruğu xatırladan Rjev-Vyazma çıxıntısındakı digər strateji mövqeləri əllərində saxlaya bilmişdilər. 1942-ci ilin iyun ayında Hitler qoşunlarına cənubda iki strateji şəhər – Volqa üzərində vacib nəqliyyat qovşağı olan Stalinqrad və Xəzər dənizindəki əsas sovet neft istehsalçısı Bakı istiqamətində irəliləməyi əmr etdi. Stalin hadisələrin bu cür dönüşünü gözləmirdi və Rjev ətrafında əməliyyatlar faşistlərə qoşunları cənub istiqamətinə ötürmək imkanı verməmək üçün davam etdirildi. İyul-sentyabr aylarında sovet qoşunları yeni hücuma başladılar, lakin böyük itkilər hesabına xeyli irəliləsələr də əsas məqsədə nail ola bilmədilər – nasistlər Rjev və strateji çıxıntını əllərində saxladı. Bundan sonra noyabr-dekabrda daha bir uğursuz əməliyyat keçirildi. Sovet qoşunları Rjevə ancaq 1943-cü ilin martında daxil oldular və məlum oldu ki, düşmən demək olar ki hiss edilmədən geri çəkilib.
“Bolşevik qranatını atmağa macal tapmadı”. Belarus, iyun 1941-ci il.
Foto: alman qəzeti “Völkischer Beobachter”.
Foto: alman qəzeti “Völkischer Beobachter”.
Rəsmi verilənlərə görə sovet qoşunlarının “Rjev ətçəkənində” itkiləri milyonu aşmışdı. Onilliklər ərzində hərbi tarixçilər və generallar bu döyüşlərin üzərindən sükutla keçib, lakin bu hadisələr sağ qalmış insanların yaddaşında yaşayıb. Onlardan biri “Krasnoarmeyskaya Pravda” (“Qızıl Ordu Həqiqəti”) qəzetinin müxbiri kimi 1942-ci ilin payızında Rjevə ezam olunmuş məşhur rus sovet şairi Aleksandr Tvardovski (1910-1971) idi. Onun 1946-cı ildə yazdığı “Mən Rjev ətrafında öldürülmüşəm” şeiri Rjev torpağında yatan minlərlə naməlum sovet döyüşçüsünün hekayəsini söyləyir: :
Я убит подо Ржевом, В безымянном болоте, В пятой роте, На левом, При жестоком налете. … И во всем этом мире До конца его дней — Ни петлички, ни лычки С гимнастерки моей. Я — где корни слепые Ищут корма во тьме; Я — где с облаком пыли Ходит рожь на холме. Я — где крик петушиный На заре по росе; Я — где ваши машины Воздух рвут на шоссе. Где — травинку к травинке — Речка травы прядет, Там, куда на поминки Даже мать не придет. … Летом, в сорок втором, Я зарыт без могилы. Всем, что было потом, Смерть меня обделила. | Mən Rjev ətrafında öldürülmüşəm, Adsız bir bataqlıq, Beşinci rota, Sol cinahda, Qəddar hava hücumunda. … Bütün bu dünyanı axtarsaz belə Axırıncı gününədək Nə bir ilmə, nə bir nişan gəlməz ələ Mənim əsgər köynəyimdən. Mən gözləri kor köklərin Qaranlıqda yem axtarıb yol getdiyi yerdəyəm; Mən tozanaq buludunda Dalğa-dalğa gəlib-gedən çovdarlı təpədəyəm. Mən xoruzun banı ilə Dan yerinin söküldüyü tər şehli səhərdəyəm; Mən havanı yarıb keçən Maşınları sürdüyünüz şose keçən yerdəyəm. O yerdə ki, ələf-ələf Darayaraq göy otları çay suları toxuyar, O yerdə ki, qəbir üstə Heç anam də gəlməz ziyarətə, nə bir dua oxuyar. … Qırx ikinci ilin bir yay çağında, Gömüldüm qəbirsiz, dəfnsiz. Kor ölümün fitvasıyla bundan sonra Nə oldusa, oldu mənsiz. |
Mustafa Yusufov adı da heç bir dəfn siyahısında yoxdur, nə də Nosovo adlı bir kənddə rəsmi əsgəri dəfn yeri mövcuddur. Əslində xəritələrin əksəriyyətində Rjev ətrafına baxdıqda heç belə bir yeri tapa bilməzsiniz.
Hər il yüzlərlə naməlum əsgərin qalıqlarını, bəzən hətta bataqlıqlarda qalmış bütöv tank və təyyarələri tapan çoxlu sayda könüllü axtarış qrupu var. Böyük sərkərdə, məğlubedilməz rus generalissimusu Aleksandr Suvorov (1729-1800) tərəfindən deyilmiş “müharibə sonuncu əsgər dəfn edilməyincə başa çatmayıb” sözləri onların qeyri-rəsmi şüarıdır.
Axtarış qruplarının bir neçə onlayn forumunda mayor Yusufovun dəfn olunduğu yer barədə verdiyim sorğuya çox keçmədən cavab aldım. Məlum oldu ki, Nosovo Rusiya Federasiyasının Tver vilayətindəki Poqoreloye Qorodişşe mərkəzi yaxınlığında yerləşən, əhalisi 2008-ci ildə 83 nəfər olan kiçik bir kənddir. Məhz bu yerdə 4 avqust 1942-ci il 88-ci atıcı diviziya 212-ci tank briqadası ilə birlikdə Derja çayını döyüşə-döyüşə keçmişdi.
31-ci ordunun 88-ci atıcı diviziyası Poqoreloye Qorodişşe əməliyyatında,
30 iyul – 23 avqust 1942-ci il.
30 iyul – 23 avqust 1942-ci il.
Lakin ən vacib məlumatı 24 may 2010-cu il Moskva Energetika İstitutundakı “Qorizont” turizm-axtarış klubunun komandir müavini Aleksey Sdvijkovdan aldım. O yazırdı ki, 2007-ci ildə klubları Zubtsov və Poqoreloye Qorodişşedən olan yerli axtarış qrupları ilə birlikdə o yerlərə səfər edib və onlar eynilə sənəddə göstərilə yerdə, Nosovodan şimal-şərqə doğru 500 metr məsafədə hərəsində təxminən 20 nəfər olan iki sanitar dəfn yeri aşkar ediblər. Qalıqlar əsgəri ehtiram və dini mərasimlə Poqoreloye Qorodişşedəki xatirə qəbiristanlığında yenidən dəfn edilib. Aleksey alicənablıq göstərərək klublarından yerli hakimiyyət orqanına mayor Mustafa Yusufovu xatirə kompleksindəki adların siyahısına əlavə etmək barədə rəsmi xahiş məktubu göndərdi. Bundan başqa o, Nosovo kəndinin sovet qoşunlarının cəbhəni yarmasının xatirəsinə qoyulmuş abidə görünən bir mənzərəsinin foto-şəklini də göndərdi. Şəkil məni mat qoydu – bu, təpənin üstündən kəndə baxan “Katyuşa” idi.
“Katyuşa” Nosovoda, Moskva-Riqa yolunun kənarında. Foto: Aleksey Sdvijkov
Katyuşalar döyüşdə
“Katyuşa” sovet əsgərlərinin yeni “BM-13” reaktiv artilleriya qurğusuna sevdikləri müharibə mahnısındakı qıza görə verdikləri ad idi. Bunun səbəbi çox yəqin ki “BM-13”ün bortunda istehsalçı Voronej Komintern Fabrikinin nişanı olan “K” hərfi imiş. “Katyuşa” döyüş sınağından ilk dəfə 1941-ci ilin iyulunda keçib, 1941-ci ilin sonuna isə onun kütləvi istehsalı və istifadəsi başlayıb. Alman qoşunları da ona musiqili bir ad – “Stalinorgel”, yəni “Stalinin orqánı” adını qoyubmuşlar. Bu orqan musiqisi şübhəsiz ki matəm mahnısı olub: onca saniyədə bir “Katyuşa” batareyası yaylım atəşi ilə dörd tondan artıq partladıcını beş kilometrdən də uzaqda yerləşən dörd hektardan geniş hədəf sahəsinə çatdıra bilirdi. Beləliklə, sevimli köhnə mahnının indi başqa “Katyuşa”dan söhbət açan yeni bəndləri meydana gəldi:В мраке, в тьме лесных опушек наших Смерч несется к небу огневой – Это наша русская «Катюша» Немчуре поет за упокой! … Все мы знаем душечку-«Катюшу», Все мы слышим, как она поет, Из врага вытряхивает душу, А бойцам отвагу придает! | Zülmət meşələrin qaranlığında Göylərə alovdan tufan yüksəlir – Bu bizim rus “Katyuşa”mızdır, Oxuyur almanın fatihəsini! … Tanıyırıq biz də “Katyuşa”-canı, Eşidirik necə oxuduğunu, Düşmənə toy tutub canını alır, Əsgərin qaldırır döyüş ruhunu! |
“Katyuşa” yaylım atəşi, 1941. Foto: Samariy Quraniy
“Katyuşa”nın doldurulması. 1-ci Ukrayna Cəbhəsi, 29 iyun 1944-cü il. Foto: A.Şayxet
“Katyuşa” yaylım atəşi. 2-ci Ukrayna Cəbhəsi, Budapeşt, 27 yanvar 1945-ci il. Foto: A.Yeqorov
“Katyuşa”lar Qələbə Paradında. Moskva, 24 iyun 1945-ci il. Foto: F. Kislov
“Katyuşa” reaktiv qurğuları bütün müharibəni keçərək, gedib düz Berlinə çıxdılar, “Katyuşa” mahnısı da geridə qalmadı. Sevilən rus və sovet müğənnisi, rus xalq mahnılarının ən məşhur ifaçılarından biri Lidiya Ruslanova (1900-1973) onu tüstülənən Reyxstaqın astanasında ifa etdi.
“Katyuşa” Lidiya Ruslanovanın ifasında. Berlin, may 1945-ci il. Foto: Qriqoriy Petrusov
Расцветали яблони и груши. По тропинкам, через лес густой Выходила смелая Катюша С автоматом на берег крутой. Выходила, без пощады била За разгром родимого села, За того, которого любила, За того, чьи письма берегла. | Çiçəkləyir yenə alma-armud. Sıx meşədən keçən cığırla Cəsarətli Katyuşa gəlib çıxır Dik sahilə əldə avtomat. Çıxır, amansızca o döyüşür Doğma kəndin məhvinə görə O kəsə görə ki, onu sevirdi, Qoruyurdu məktublarını. |
Cəbhədə yaranan bu bəndlər isə tamam başqa Katyuşa, müharibə vaxtı Qızıl Orduda xidmət edən 800 min qadından biri barəsində söhbət açır.
Qəhrəman ol! 1941 V. Koretskiy | Faşizm qadınların ən qəddar düşmənidir. Hamı faşizmlə mübarizəyə! 1941 N. Vitolina |
Cəbhə yoldaşları sıralarına yazıl, drujinaçı döyüşçünün köməkçi və dostudur!
1941. V. Koretskiy, V. Qitseviç
1941. V. Koretskiy, V. Qitseviç
Qırmızı Xaç drujinaçıları! Döyüş meydanında nə yaralı, nə də onun silahını qoymayaq!
1942 V. Koretskiy
1942 V. Koretskiy
Sizi əvəz edərik! 1941 V. Serov | Hədəfimiz eynidir – Berlin. 1945. V. Koretskiy |
Qadınlar ancaq tibb bacısı və ya yol tənzimçisi kimi köməkçi vəzifələrdə qulluq etmirdi, o zaman snayper, pulemyotçu, tankçı və hətta pilot qadınlar var idi.
Züleyxa Seyidməmmədova (1919-1999). Foto: RIA “Novosti” |
Qadınların döyüşlərə belə geniş miqyasda cəlb edilməsi almanlar üçün görünməmiş və mərəkəli hadisə idi. Qəribədir ki, müharibənin ilk illəri nasist təbliğatı bunu sovet rejiminin qeyri-insani olmasının sübutu kimi istifadə edirdi, lakin öz axırları yaxınlaşanda hətta uşaqları döyüşə göndərməkdən çəkinmirdilər.
İkinci Dünya Müharibəsi bəşəriyyət tarixində ən qəddar və qanlı müharibədir. İnsan vəhşiliyinin hüdudlarını aşan bu müharibədə həm də yeni qəhrəmanlıq və fədakarlıq zirvələri yüksəldi. “Katyuşa”nın hekayəsində də bu cür ikilik var – o, sadiq məhəbbət və amansız ədavət hekayəsidir.
Zenitçi qızlar hərbi and içərkən | Pilot Mamayeva-Bezmenova döyüş uçuşundan əvvəl, avqust 1943-cü il |
Pulemyotçu Zina Kozlova, 30 iyun 1942-ci il. Foto: Mixail Savin
Snayper qız. Baltik Cəbhəsi, 1944-cü il. Foto: S. Baranov/RIA "Novosti"
“Sanitar təlimçi” – cəbhə xəttində tibb bacısı, iyun 1942-ci il | Yatmış “sanitar təlimçi”. Foto: David Traxtenberq |
Mariya Şalneva (Nenaxova) nəqliyyatın hərəkətini idarə edir. Berlin, 2 may 1945-ci il.
Foto: Yevgeniy Xaldey
Foto: Yevgeniy Xaldey
Qələbə! Snayper qızlar, 1945-ci il. Foto: Natalya Bode
Təşəkkürlər
Foto-şəkillərin əksəriyyəti İkinci Dünya Müharibəsi təsvirlərinin War Album (Müharibə albomu) rəqəmli arxivindən götürülmüşdür. Müharibə dövrünün plakatlarını My-USSR.ru (Mənim SSRİm), Krasnoye Znamya (Qırmızı bayraq), 1941-1945 və Doğma plakatların elektron muzeyində tapa bilərsiniz.Digər maraqlı keçidlər
Фронтовые судьбы песен. «Катюша» (Mahnıların cəbhə taleyi. “Katyuşa”) – bu mahnı və onun müxtəlif versiyaları barədə maraqlı əhvalatların toplusu (musiqi notları daxil olmaqla): http://www.a-pesni.golosa.info/ww2/oficial/katjucha.htmРжев: Неизвестная битва Георгия Жукова (Rjev: Qeorqi Jukovun naməlum döyüşü) – rejissor Sergey Nurmamed tərəfindən 2009-cu ildə çəkilmiş, Aleksey Pivovarov və Konstantin Qoldentsvayqın səsləndirdiyi bu sənədli film Rusiyada çoxlu mübahisələrə səbəb olmuşdu: http://www.youtube.com/watch?v=Lv_8AbQJyuk
Rjev ətrafında əsgəri dəfn yerlərinin axtarışı – yerli “Oryol” (Qartal) hərbi-tarixi mərkəzinin hazırladığı qısa video-film: http://www.youtube.com/watch#!v=mskUclqiUQ4
VESTI Moskva 23 sentyabr 2007-ci il Moskva ətrafında axtarış işləri barəsində tele-xəbər reportajı: http://www.vesti-moscow.ru/videos.html?id=9430
Женское лицо войны. Катюша (Müharibənin qadın sifəti. Katyuşa) – rejissor Aleksey Kitaytsevin 2008-ci ildə Svetlana Aleksiyeviçin kitabı əsasında çəkdiyi rus sənədli filmi: http://rutube.ru/tracks/1895638.html
Женя, Женечка и 'Катюша' (Jenya, Jeneçka və 'Katyuşa') – rejissor Vladimir Motılın 1967-ci ildə çəkdiyi, ssenarisini isə Bulat Okujava ilə birlikdə yazdığı sevilən rus sovet filmi (ingiliscə alt-yazıları ilə) öz Katyuşa reaktiv divizionu ilə müharibənin od-alovundan keçən romantik gənc oğlanın (Jenya) hekayəsini söyləyir: http://www.youtube.com/watch#!v=BsvveaPoUlk
No hay comentarios:
Publicar un comentario